Accessibility links

Qubad İbadoğlu: Azərbaycan məktəblərinin buraxılışının 60-70 faizi “zay məhsul”dur


Orta məktəb
Orta məktəb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) açıqladığı son məlumata görə, buraxılış imtahanında iştirak etmiş 24 827 nəfər 9-cu sinif şagirdinin 6664 nəfəri (26.84 faizi) ana dili fənni üzrə, 7913 nəfəri (31.87 faizi) isə riyaziyyat fənni üzrə “2” qiyməti alıb. 9-cu sinif şagirdlərinin 12 537 nəfəri (50.50 faizi) ana dili, 9795 nəfəri isə (39.45 faizi) riyaziyyat fənnindən “3” qiyməti alıb. Hesablamalara görə, buraxılış imtahanında iştiak edən 9-cu sinif şagirdlərinin 77,3 faizi ana dilindən, 71,3 faizi isə riyaziyyatdan "2" və "3" qiymətləri alıb.

TQDK-nın digər məlumatında bildirilir ki, buraxılış imtahanında iştirak edən 20 416 nəfər 11-ci sinif şagirdlərinin 4520 nəfəri (22.14 faizi) ana dili fənni üzrə, 5485 nəfəri (26.87 faizi) riyaziyyat fənniz üzrə "2", 8157 nəfəri (39.96 faizi) ana dili fənni üzrə, 7375 nəfəri (36.13 faizi) riyaziyyat fənni üzrə "3" qiyməti alıblar. Beləliklə orta məktəbin buraxılış imtahanında iştirak edənlərin 62,1 faizi ana dilindən, 63 faizə qədəri riyaziyyatdan "2" və "3" qiymətləri alıblar.

İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib ki, 11-ci sinif şagirdlərinin göstəricilərinin 9-cu sinif şagirdləri ilə müqayisədə yüksək olsmasının səbəbi heç də yuxarı siniflərdə təhsilin keyfiyyətinin yaxşı olması ilə deyil, şagirdlərin orta məktəbin son iki sinfində fərdi hazırlıq üçün müəllim yanıan getmələri ilə izah oluna bilər.

“Amma istənilən halda, 9-cu və 11-ci sinif şagirdlərinin 60-70 faizinin ana dili və riyaziyyat kimi əsas fənləri üzrə buraxılış imtahanından aldıqları "2" və "3" qiymətləri ciddi narahatçılıq yaradır. Bunu iqtisadi dillə ifadə etsək, deyə bilərik ki, Azərbaycan məktəblərinin buraxılışının 60-70 faizi “zay məhsul”dur. Bu isə o deməkdir ki, iqtisadiyyatın və idarəetmənin kadr potensialının yeniləşməsi əmsalı getdikcə aşağı düşəcək. Eyni zamanda hər il on minlərlə yeni iş axtaranlar orta savadları ilə əmək bazarına daxil olacaqlar. Beləliklə də iqtisadiyyatda həm kadr hazırlığında və həm də məşğulluq sahəsində çətinliklər artacaq”.

O qeyd edib ki, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrasına dair hesabatında göstərilir ki, ötən il təhsil xərclərinin 822,1 mln. manatı və ya 52,9 faizi natamam və orta təhsilə yönəldilib, bu da ötən ilki məzənnə ilə 1 milyard dollardan çox büdcə vəsaiti deməkdir.

”Hesab edirəm ki, problemin həllinin bir yolu təhsil islahatlarının sürətləndirilməsidirsə, digər yolu da peşə təhsilinin inkişaf etdirilməsindədir”, o qeyd edib.

Təhsil Nazirliyi hələ TQDK-nin statistik məlumatları və Qubad İbadoğlunun gəldiyi nəticələri şərh etməyib.


Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG