Accessibility links

Dövlət Neft Fondunun gəlirləri ötən ilə nisbətən 4,9 faiz azdır


neft

neft

İqtisadçı ekspert Qubad İbadoğlu Facebook səhifəsində yazır ki, Neft Fondunun neftgəlirləri xərclənməsəydi indi hər bir azərbaycanlının 10 min 270 manat yığımı olardı

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) son açıqlaması bir çox məsələlərə işıq salmaq baxımından əhəmiyyətlidir.

Qubad İbadoğlu

Qubad İbadoğlu

“Bu əsasda aparılan hesablamalara görə, 2001-ci ildən 2015-ci ilin iyulun 1-dək Fonda 97 milyard 574 milyon 100 min manat vəsait daxil olub ki, onun da 66,76 faizi və ya 65 milyard 144 milyon 500 min manatı xərclənib. Bu isə nəzəri cəhətdən o deməkdir ki, indiyə qədər satışdan və idarəetmədən əldə etdiyimiz vəsaitlər xərclənməsəydi hazırda Fondda adambaşına 10 min 270 min manat yığımım olardı. Lakin qazandığımız vəsaitlərin 66,76 faizi xərcləndiyinə görə, bu il iyulun 1-nə ARDNF-nin yığımları 35 milyard 783 milyon 300 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azdır”, ekspert qeyd edib.

Hazrda Fondda yığılmış vəsaitlərin məbləği adambaşına 3 min 766 ABŞ dolları təşkil edir.

Azərbaycan Dövlət Neft Fondu (ADNF)

Azərbaycan Dövlət Neft Fondu (ADNF)

Qubad İbadoğlu təhlillərə əsasən yazır ki, hazırda dövlətin maliyyə imkanlarını zəiflədən aşağıdakı tendensiyalar müşahidə olunur.

- Fondun büdcəsinin illik gəlirləri 2011-ci ildən başlayaraq azalır. Belə ki, 2014-cü ildə büdcənin illik gəlirləri 2011-ci ilə müqayisədə 27,6 faiz aşağı düşüb. Bu il Fondun gözlənilən gəlirləri 2009-cu il səviyyəsində olacaq.

- Fondun büdcəsinin xərcləri yarandığı vaxtdan 2014-cü ilədək artmada davam etmiş, ötən ildən isə azalmağa başlamışdır. Bu il ərzində Fondun büdcəsindən azalma 2011-ci il səviyyəsində gözlənilir.

- Fondun daimi artan yığımları bu ildən başlayaraq azalır və ilin sonuna 2012-ci il səviyyəsinə qədər enəcəyi gözlənilir.

“Bu tendensiyalar onu göstərir ki, hazırkı situasiyada ARDNF-nin gəlir və xərc siyasətini tənzimləmək üçün fiscal qaydalar qəbul olunmalıdır. Onun büdcəsindən dövlətin strateji layihələrinin birbaşa maliyyələşdirilməsi dayandırılmalı, bütün investisiya layihələrinin maliyyələşdirilməsi hər il üçün nəzərdə tutulan aralıq Dövlət İnvestisiya Proqramı çərçivəsində həyata keçirilməli və büdcə prosesi vasitəsilə tənzimlənərək, parlament tərəfindən qəbul edilməlidir”, o qeyd edir.

Ekspert hesab edir ki, ARDNF-nin büdcə layihəsinə Hesablama Palatası tətəfindən rəy verilməli və onun büdcəsi geniş formatda parlamendə müzakirəyə təqdim edilməlidir.

XS
SM
MD
LG