Accessibility links

Qubad İbadoğlu: Əzcacılıq məhsullarının idxal biznesində leqallaşma səviyyəsi yüksəlib


Dərman qiymətləri

Dərman qiymətləri

Dövlət Gömrük Komitəsinin açıqladığı son məlumatın təhlili göstərir ki, ölkəyə idxalı artan məhsulların siyahısında dərman məmulatları da vardır. Belə ki, bu ilin 8 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə əzcacılıq məhsullarının idxalı 16,4 faiz və ya 25 milyon dollar artıb.

Bu barədə iqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, ötən il dərman gətirilməsinə görə idxalarçılar 160 milyon dollar vəsait xərclənmişdisə bu il artıq bu məqsədlə xərcləmələr 185 milyonu ötüb.

“Bir məqamı da nəzərə almaq lazimdır ki, bu statistikaya İrandan, Rusiyadan, Gürcüstandan, Türkiyə və Avropadan ölkəyə fərdi qaydada dərman gətirilməsi daxil deyil. Bunu da nəzərə alsaq ölkədə aylıq dərman dövriyyəsinin 25 milyon manata çatdığını demək olar”, o qeyd edir.

Ekspert hesab edir ki, əslində Azərbaycanda istehlakçıların bu qədər dərman “yeməsi” ölkədə apteklərin sayının çox olmasını şərtləndirib.

“Müqayisə edəndə görürük ki, yalnız Bakı şəhərində olan apteklərin sayı Avropanın orta ölcülü ölkəsində məsələn Belçika və Avstriyada olan apteklərin sayından çoxdur”.

Onun fikrincə, ilk baxışda dəman idxalının artımını 2 səbəblə, ya istehlak olunan dərmanın həcmi, ya da ölkəyə gətirilən dərmanın qiymətinin bahalaşması ilə izah etmək mümkündür.

“Fikrimcə, əzcacılıq məhsullarının idxal biznesində leqallaşma səviyyəsi yüksəlib və bu hələ son hədd deyil. Yəqin ki, il ərzində dərman məhsullarının idxalında artım davam edəcək”, İbadoğlu bildirir.

Öz növbəsində, ekspertin şərhinə Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi hələ münasibət bildirməyib. Son ayda bir sıra dərmanların qiymətləri Tarif Şurasi tərəfindən tənzimlənməyə başlayıb. Bu bazarda çoxsaylı dərman vasitələrinin qiymətlərinin kəskin enməsi ilə nəticələnib.

XS
SM
MD
LG