Accessibility links

Qubad İbadoğlu: Son 10 ildə tikintiyə 45 milyard manata qədər vəsait xərclənib


İqtisad elmləri doktoru Qubad İbadoğlu dövlət büdcəsindən ayırmalarla bağlı maraqlı təhlil yazıb. Onun qənatəinə görə, ölkədə büdcədən tikintiyə ayırmalar digər sahələrdən dəfələrlə çox olub.

Qubadoğlunun Facebook səhifəsində dərc etdiyi təhlili təqdim edirik:

Qubad İbadoğlu

Qubad İbadoğlu

2006-2015-ci ildə dövlət büdcəsindən tikintiyə 44,6 milyard manat, təhsilə 11,8 milyard manat, sosial müdafiəyə və təminata birlikdə 11,1 milyard manat, dövlət idarəetmə aparatınn saxlanılmasına 10,1 milyard manat, səhiyyəyə 4,7 milyard manat xərclənib. Beləliklə də son 10 ildə hər il orta hesabla tikintiyə 4,5 milyard manat, təhsilə 1,2 milyard manat, idarəetmə aparatının saaxlanmasına 1 milyard manat, səhiyyəyə isə 500 milyon manata qədər vəsait birbaşa dövlət büdcəsindən xərclənib. Bu heç də adı sadalanan sektorlara sərmayə olunan vəsaiti hamısı deyildir, bundan əlavə həmin sektorlara özəl və şəxsi vəsait mənbələrindən də milyradlarla manat vəsait xərclənib.

Müqayisə edəndə görərik ki, son 10 ildə yalnız tikintiyə xərclənən vəsait həmin dövrdə təhsilə, səhiyyəyə, idarəetmə aparatının saxlanılmasına, elmə, sosial müdafiə və təminata birlikdə xərclənən vəsaitdən 7 milyard manat çox olub. Göründüyü kimi, son on ildə şişirdilmiş, davamlı əlavə dəyər yaratmayan, əsasən qeyri-kommeriya təyinatlı olan layihələrlə talan olunan neft gəlirlərindən ən çox bəhrələnən tikinti sektoru olsa da, hazırda daha çox tənəzzülə məruz qalan da inşaat bölməsidir.

Məlumat üçün qeyd edim ki, son 10 ildə Azərbaycan Dövlət Neft Fonduna karbohidrogen resurslarının satışından birbaşa olaraq 125 milyard manat vəsait daxil olub ki, onun da 90 milyard manata qədəri, ondan 67,2 milyard manatı dövlət büdcəsinə transfert vasitəsilə müxtəlif layihələrə xərclənib.

XS
SM
MD
LG