Accessibility links

Qubad İbadoğlu: Mərkəzi Bank pul-kredit siyasətinə yenidən baxmalıdır


Valyuta dəyişmə məntəqəsi

Valyuta dəyişmə məntəqəsi

Mart ayında bayram və istirahət günləri ilə əlaqədar olaraq ötən ayın demək olar ki, yarısında valyuta birjasının və bankların fəaliyyət göstərməməsinə baxmayaraq, kəskin devalvasiyadan sonrakı ayda Mərkəzi Bank tərəfindən valyuta bazarına 600 milyon dollarlıq müdaxilə heç də yaxşı perspektiv vəd etmir. Bu barədə iqtyisadçı alim Qubad İbadoğlu Facebook səhifəsində yazıb.

Onun fikrincə, hazırda valyuta bazarında və pul kütləsinin tənzimlənməsində yaranmış situasiya Mərkəzi Bankdan daha operativ və çevik qərarlar qəbul etməyi, strategiyasına və pul-kredit siyasətinə yenidən baxmağı tələb edir.

“Əks tədqirdə, xüsusilə də dollara olan ajiotajlı tələbdən doğan psixoloji təzyiqin artması və neftin qiymətinin ucuzlaşmasından qaynaqlanan iqtisadi təzyiq vasitələrinin getdikcə aktivləşməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının sürətlə azalmasına və sıfırlanmasına gətirib çıxara bilər. Çünki, müşahidələr göstərir ki, bu şəraitdə və indiki şərtlər daxilində hətta ucuz məzənnənin də sabit saxlanması həmişə bazara fasiləsiz valyuta müdaxiləsini zəruri edəcək”, deyə o qeyd edir.

Aprelin 7-də dolların məzənnəsində bahalaşma qeydə alınıb. Mərkəz Bank ABŞ dollarının rəsmi məzənnəsini birdən-birə hər 100 dollara 9 qəpik bahalaşdıraraq, 1,0487 AZN səviyyəsindən 1,0496 AZN-ə qədər artırıb. Ekspertlər bunu yumşaq devalivasiyanın başlanması kimi qiymətləndirir. Çünki fevralın 21-də həyata keçirilən devalvasiyadan sonra aprelin 7-də dollar milli valyutaya nisbətdə ən çox möhkəmlənib.

Mərkəzi Bankdan yerli mediaya deyiblər ki, dolların kəskin bahalaşacağı ilə bağlı deyilənlər şayiədir.

XS
SM
MD
LG