Accessibility links

Qubad İbadoğlu: Çin mallarının Azərbaycana idxalı artacaq


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

İqtisad elmləri doktoru Qubad İbdaoğlu hesab edir ki, yuanın devalvasiyası Çin mallarının Azərbaycana idxalını artıracaq.

Ekspert xatırladır ki, “Dünya fabrikı" rolunu oynayan Çinin ixracatı son 1 ildə 8,3 faiz aşağı düşüb.

“Hətta, Çindən Azərbaycana ixracatın həcmi bu ilin 6 ayında ötən ilin eyni dövrünə nisbətən 50 milyon ABŞ dolları azalaraq 260 milyon dollar təşkil edib. Çinin ixracat göstəricilərində müşahidə olunan azalmanın səbəblərindən biri Yuanın digər valyutalara nisbətdə möhkəmlənməsi ilə izah olunur”.

İqtisad elmləri doktoru Facebook səhifəsində yazır ki,devalvasiyaya qədər olan son 18 ayda Çin yuanı dəyərini Avroya və Meksika pesosuna nəzərən 20 faiz, Koreya vonu və Yapon yeni ilə müqayisədə isə 10-15 faiz ətrafında artırıb.

“ Bu isə kifayət qədər rəqabətli regionda onun iqtisadi mövqelərinin zəifləməsinə gətirib çıxarırdı.Ona görə də Çində iqtisadi artım tempi son 6 ildə ən aşağı səviyyəyə qədər enmişdi. Odur ki, Çin valyutasının devalvasiya zərurətdən irəli gəlirdi”.

Ekspert güman edir ki, Çin valyutasının devalvasiya prosesi hələ başa çatmayıb, devalvasiyanın yenidən və kiçik tepmlərlə olsa da davam etməsi ehtimalı indi də qalır.

“Yuanın devalvasiyası dünya iqtisadiyyatının nəhəngləri arasında valyuta müharibəsini gücləndirəcək. Çinin milli valyutasının devalvasiyaları ölkənin ixrac potensialının genişlənməsinə xidmət edəcək. Bu həmçinin Azərbaycana da Çin mallarının daha çox gətirilməsini stimullaşdıracaq”.

Onun fikrincə, son günlər dünya bazarlarında neftin və digər xammalların qiymətlərinin ucuzlaşması səbəblərindən biri də Cindəki devalvasiyadır.

XS
SM
MD
LG