Accessibility links

Qubad İbadoğlu: Nazirlər Kabineti artıq 10 ildir prezidentin tapşırığını yerinə yetirmir, gəlir bəyannaməsinin formasını hazırlamır


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)
Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

"Son dövrün gündəmini zəbt edən nazirlərin, yüksək vəzifəli məmurların və onların iş ortaqlarının malik olduqları gəlirlər, sərvətlər və əmlaklar barədə məlumatlar nəinki sadə vətəndaşları, hətta biz iqtisadçıları da təəccübləndirməkdədir. Çünki söhbət yüz minlərdən, miyonlardan deyil, bəzi hallarda yüz milyonlardan və milyardlardan gedir. Açıqlanan məlumatlardan aydın olur ki, dövlətdən və xalqdan oğurlanmış pullar hesabına formalaşmış külli miqdarda sərvətlər və əmlaklar 1 günün, 1 ayın, hətta 1 ilin deyil, uzun illərdəki qanunsuz fəaliyyətin məhsuludur".

Bu barədə iqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook statusunda yazıb.

Ekspert bildirir: “Dövlət gəlirlərinin azaldığı, növbəti il üçün büdcənin bu illə müqayisdə hər 4 manatından 1 manatının ixtisara salındığı, respublika üzrə orta aylıq nominal əmək haqqının 461 manat 10 qəpik olduğu, yalnız bu il ərzində 50 minə qədər iş yerinin bağlandığı şəraitdə baş verənlər sirr deyil ki, yenə də davam edəcəkdir. Çünki hələ də Azərbaycan gəlirlərin bəyannaməsi haqqında qanunun icrasına başlamır?".

İqtisadçı 2005-ci ildə “Gəlir bəyannaməsi haqqında” qanun imzalanandan sonra Nazirlər Kabinetinə bəyannamə forması hazırlamaq üçün 3 ay vaxt ayrıldığını xatırladaraq əlavə edib ki, 10 il keçsə də, prezidentin tapşırığı hələ də yerinə yetirilməyib. Çünki qanuna görə vəzifəli şəxslər ildə bir dəfə gəlirləri barədə məlumat verməlidir. Bu məlumatlar son 10 ildə yığılsaydı indi baş verənlərlə heç kimi təəccübləndirmək olmazdı, belə olan halda vaxtında zəruri informasiyalar formalaşar və qərarlar qəbul etmək üçün hüquqi əsaslar yaranardı. Nəticədə də dövlətin büdcəsinə, iş adamlarının qazanclarına bu qədər ziyanlar dəyməzdi.

İbadoğlu ABŞ-da vəzifəsindən asılı olmayaraq nəinki məmurlar, hətta sıravi vətəndaşlar illik gəlirlərini rəsmi şəkildə açıqladığını və müvafiq qaydada vergi ödədiklərini bildirir:

"Moldova, Ukrayna, Gürcüstan və hətta Rusiyada "Gəlir deklarasiyası haqqında” Qanun qəbul olunub və tətbiq edilir. Dünyanın əksər ölkələrində xeyli vaxtdır gəlir bəyannaməsi “online” şəkildə verilir və bütün bu informasiyaların əhali üçün əlçatanlığı təmin edilir. Hazırda Azərbaycanda baş verənləri və mütərəqqi dünya ölkələrinin təcrübələrini nəzərə alaraq bu məsələnin yenidən müzakirəsini təklif edir, Nazirlər Kabinetini müvafiq sənədlərin hazırlanması öhdəliyini qısa müddətdə yerin yetirməyə çağırır və qanunun icrasına qısa müddətdə başlanmasını vacib hesab edirəm", o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG