Accessibility links

Qubad İbadoğlu: Problemli kreditlər bank sektorunu batıra bilər


Birja cədvəli

Birja cədvəli

Iqtisad elmləri doktoru Qubad İbadoğlu xarici valyuta ilə olan problemli kreditlərin bank sektoruna gətirəcəyi problemlərdən yazıb. Onun Facebook səhifəsində dərc etdiyi məqaləni diqqətinizə çatdırırıq:

Ötən il ərzində valyuta ilə olan problemli borclar 500 milyon manatdan çox artıb. Hökümət təcili tədbirlər görməzsə bu problem bütövlükdə bank sektorunu batıra bilər.

Mərkəzi Bankın açıqladıığı son məlumata görə, bu ilin əvvəlinə iqtisadiyyata cəmi kredit qoyuluşunda vaxtı keçmiş problemli kreditlərin ümumi məbləği 1,5 milyard manatı ötüb ki, onun da 55,7 faizini manatla, 44,3 faizini isə valyuta ilə olan kreditlər təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin əvvəlində bu göstərici 80 faizin 20 faizə nisbətində böyük üstünlüklə manatın xeyrinə idi. Problem borcların valyuta növləri üzrə struktur təhlili göstərir ki, ümumi həcmdə il ərzində baş verən 50 faizlik artımda valyuta ilə olan problemli borcların payı 95 faizdən çoxdur. Göründüyü kimi 1 il ərzində valyuta ilə olan problemi borcların həcmi 500 milyon manatadək artıb. Təbii ki, bunun başlıca səbəbi il ərzində manatın 2 dəfə devalvasiyası nəticəsində dəyərini 100 faizdən çox itirməsinə görə, banklara valyuta ilə borcları olan müştərilərin kredit faizlərindən əlavə məzənnə fərqinə görə 2 dəfədən çox əlavə itkilərə məruz qalmasıdır. Əgər valyuta ilə olan borclar problem həll olunmazsa son nəticədə bu səbəbdən problemli kreditlərin cəmi kreditlərdə payı kəskin arta və bu bütövlükdə bank sektorunun ziyanının çoxalmasına və maliyyə mötəbərliliyinin azalmasına gətirib çıxarmalıdır. Odur ki, bir daha yaranmış vəziyyətin fəalkətli hala keçməməsi üçün bu problemi diqqətə gətirir, onun neqativ təsirlərini əvvəlcədən qiymətlərndiməklə höküməti təcili tədbirlər görməyə çağırıram. Əks tədqirdə bu problem bütövlükdə bank sektorunu batıra bilər və onun sosial fəsadları daha da kəskinləşə bilər.

XS
SM
MD
LG