Accessibility links

Qubad İbadoğlu: Azərbaycan Dünya Bankının şərtlərini qəbul etməlidir


Cənub qaz dəhlizi layihəsi

Cənub qaz dəhlizi layihəsi

İqtisad elmləri doktoru Qubad İbadoğlu Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsi ilə bağlı Azərbaycan hökumətinin siyasətinin düzgün olmadığını bildirir. Ekspert hökuməti Dünya Bankının şərtlərini qəbul etməyə, şəffaflığı və hesabatlılığı artırmağa çağırır. İbadoğlunun Facebook səhifəsində dərc etdiyi məqaləsini təqdim edirik:

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Səhmlərinin 51 faizi İqtisadiyyat Nazirliyinə, 49 faizi isə SOCAR-a məxsus olan “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Azərbaycanın dövlət zəmanəti ilə buraxılan gəlirlik dərəcəsi illik 6.9 faiz olan istiqrazlar hazırkı şərtlərlə bahalı borc öhdəlikləri hesab oluna bilər. Odur ki, beynəlxalq maliyyə kredit təşkilatlarından borc götürmək imkanlarının mövcud olduğu zamanda belə layihələrin icrası məqsədə müvafiq deyil. Sadəcə Azərbaycan höküməyinin bu siyasəti borclanmaya gedərkən qarşı tərəfin şərtlərini qəbul etməmək istəyindən irəli gəlir. Odur ki, hökümət digər ölkələrdən və istiqrazlardan borc cəlb etməyə üstünlük verir. Hesab edirəm ki, Dünya Bankı institutları ilə danışıqlar davam etdiirlməli və onları hesabatlılıq, şəffaflıqla bağlı şərtləri nəzərə alınmaqla əməkdaşlıq imkanları nəzərdən keçirilməlidir.

Trans Adriatik Qaz Boru Kəməri

Trans Adriatik Qaz Boru Kəməri

Hazırda SOCAR-ın 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan Trans-Anadolu Boru Kəmərinin (TANAP) tikintisinə yönələdəcəyi sərmayəni maliyyələşdirmək üçün kredit resurlarına ehtiyacı vardır. İlkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq və onun da təxminən 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək Azərbaycan qazının nəqli üçün maliyyələşmə ciddi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, təxminən 10 milyard dollara başa gələcək TANAP layihəsində SOCAR-ın 58%, "BOTAŞ"ın 30%, BP-nin 12% payı var. Avropa İnvestisiya Bankı (EIB) Azərbaycan qazının Türkiyə və buradan Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin icrasına 1 mlrd. avro həcmində vəsait ayırmağı planlaşdırır. Ümumiyyətlə, Türkiyənin “Botaş” şirkəti Trans-Anadolu qaz boru kəməri -TANAP layihəsinin maliyyələşdirilməsi üçün 2 milyard dollar kredit götürəcək. Elə o qədər də kredit vəsaitini əldə etmək üçün hazırda Dünya Bankı ilə aparılan danışıqlar ən yaxşı halda ilin sonunda nəticə verə bilər. Xatırladadım digər beynəlxalq maliyyə kredit təşkilatlarının Azərbaycana əlavə kredit resursları ayırmaq qərarı Dünya Bankının qərarından asılıdır. Əgər Dünya Bankı müsbət qərar verərsə o halda digər beynəlxalq maliyyə-kredit institutları da bu konsorsiuma qoşula bilər. Hesablamalara görə Azərbaycan höküməti yaxın illərdə 5 milyard dollaradək kredit əldə etməyi planlaşdırır.

XS
SM
MD
LG