Accessibility links

Quba icra başçısı vəzifəsindən azad edildi (VİDEO)

  • Nərminə Cəlalqızı

Amerikanın Səsinin Bakl müxbiri Tapdıq Fərhadoğlu bu gün səhər Quba rayonunda minlərlə insan icra hakimiyyəti binasının qarşısına toplaşaraq orada aksiya keçirdiyini, aksiyanın məqsədinin yerli icra hakimiyyətinin başçısı Rauf Həbibovun bir neçə gün əvvəl iclas zamanı Quba sakinlərini təhqir etməsi olduğunu bildirir. O, İcra hakimiyyəti qarşısına yığışan adamların icra başçısının istefasını tələb etdiklərini deyir.

Yürüşün sonradan iğtişaşlara çevrildiyi bildirilir. Rayon sakinlərinin İcra hakimiyyəti binasına hücum etdikləri, binanın qapı-pəncərəsini sındırdıqları, bundan sonra isə icra hakimiyyətinin başçısı Rauf Həbibovun evinə hücum edərək, həyətdəki üç evi yandırdıqları deyilir. Aksiya iştirakçılarının Rauf Həbibova "Ar olsun!" və "Rədd ol" şüarları səsləndirdikləri bildirilir.

Quba şəhərinə daxili qoşunların əsgərləri və çevik polis alayının əməkdaşlarının yerləşdirildiyi və polislə sakinlər arasında da qarşıdurmanın baş verdiyi haqda xəbər verilir. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi, hadisə zamanı yaralananların da olduğu deyilir.

Son məlumata görə, Quba İcra hakimiyyəıtinin başçısı Rauf Həbibov həzifəsindən azad edilib.

XS
SM
MD
LG