Accessibility links

Qüdrət Həsənquliyev: Köklü konstitusiya islahatları vəd edirik [Video-Müsahibə]


BAXCP sədrinin Amerikanın Səsinə müsahibəsi

Prezidentliyə namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Amerikanın Səsinə müsahibəsində seçki prosesi, debatlar, Mərkəzi Seçki Komissiyasının xarici medianı xəbərdarlıq etməsi, müxalifətin rolu və Bütöv Azərbaycan ideyasından danışıb.

Müsahibədən seçmələr:

- Beynəlxalq medianın nümayəndələri Azərbaycan qanunvericiliyinə hörmətlə yanaşmalıdır. Onlar çalışmalıdır ki, tərəf kimi görsənməsin.

Onlar çalışmalıdır ki, tərəf kimi görsənməsin.
- Birləşmək hüququnun həyata keçirillməsi üçün heç bir maneə yoxdur. Amma, resurslar qeyri-bərabərdir.Azərbaycan prezidenti həm də hakim partiyanın namizədi kimi seçkilərə qatılıb, onun prezident kimi fəaliyyəti geniş işıqlandırlır. Bu da prezidentliyə namizəd olduğu üçün onun təşviqatı xarakteri daşıyır. Dövlət televiziyası da yalnız prezidentin fəaliyyətini işıqlandırır.

- İctimai televiziyada ayrılan efir vaxtı kifayət qədər azdır. Digər televizyalar seçki kampaniyasına qatılmayıb. Həm də açıqını deyim ki, namizədlərin o qədər maliyyə resursu da yoxdur ki, gedib yüksək qiymətə pullu efir vaxtı alsınlar.

Sosial gərginlik olmadığına görə də əhalinin böyük qismini indiki vəziyyət qane edir.
- Ölkə böyük neft pulları əldə edir və hökumət bu pulları xərcləyir. Ona görə ciddi sosial gərginlik yoxdur. Sosial gərginlik olmadığına görə də əhalinin böyük qismini indiki vəziyyət qane edir.

- Yalnız ölkənin gələcəyini daha dərindən düşünən insanlarda bir narahatlıq var ki, bir gün bu vəsaitlər tükənə bilər, neftin qiyməti kəskin aşağı düşə bilər. Hansı ki, bizim büdcənin 70 faizi neft gəlirləri hesabına formalaşır. Bu baxımdam biz övladalrımız üçn neftdən asılı olmayan güclü bir iqtisadiyyat qoyub getməliyik.

- Dəyişikliklər üçün ölkədə köklü konstitusiya islahatları vəd edirik. Bir il ərzində referendum elan edib ölkəni parlamentli respublikaya keçirmək istəyirik. Köklü məhkəmə islahatları aparacağıq. İqtisadi rəqabətlilik yaratmaq, təhsildə, səhiyyədə köklü islahatlara imza atmaq istəyirik.

Bir il ərzində referendum elan edib ölkəni parlamentli respublikaya keçirmək istəyirik.
- Biz Bütöv Azərbaycan deyəndə təkcə şimalla cənubun coğrafi baxımdan birləşməsini nəzərdə tutmuruq. Burada daha çox bir millət olaraq birliyimiz irəli çəkilir. Biz bir millət olaraq birləşməli, bütövləşməliyik.

- Biz İranda soydaşlarımızın hüquqlarının pozulmasına, milli dillərindən, adət-ənənəsindən istifadə etməsinin qarşısının alınmasına qarşıyıq.

- Hesab edirik ki, Milli Şuranın hakimiyyətə gəlməsi Azərbaycan üçün daha böyük fəlakətlər yaşada bilər, nəinki indiki iqtidarın hakimiyyətdə davam etməsi.
XS
SM
MD
LG