Accessibility links

Təbrizli siyasi fəala bir il həbs cəzası verilib

  • Insafəli Hidayət

Təbrizli siyasi fəala bir il həbs cəzası verilib

Təbrizli siyasi fəala bir il həbs cəzası verilib

Sana Nyuz saytı yazır ki, Nəcəfi 16 ay əvvəl 'Rejim və hakimiyyət əleyhinə təbliğat' ittihamı ilə nəzarət altına alınıb. İttihama görə o, 'Azərbaycanın Xordad (may) ayının hadisələrinə bir baxış' adlı özəl dərgi çap edib, yayıb.

İnqilab məhkəməsinin hökmünə əsasən, Təbrizli siyasi fəal Qulamrza Nəcəfi bir il azadlıqdan məhrum edilib. Mühakimə prosesinə qədər zəmanətlə azadlıqda olan fəal məhkəmənin hökmündən sonra, Təbriz zindanına göndərilib. Güney Azərbaycan Öyrənci Hərəkatının xəbərində onun məhkəmə prosesi, məhkəmənin hökmü və Qulamrza Nəcəfinin zindana göndərilməsi barədə məlumat yayılıb.

Sana Nyuz saytı yazır ki, Nəcəfi 16 ay əvvəl "Rejim və hakimiyyət əleyhinə təbliğat" ittihamı ilə nəzarət altına alınıb. İttihama görə o, "Azərbaycanın Xordad (may) ayının hadisələrinə bir baxış" adlı özəl dərgi çap edib və yayıb.

“Güney Portalı” saytı yazır ki, Nəcəfi həbs edildikdən sonra 30 gün İttilaatin işkəncələrinə məruz qalıb və biradamlıq kamerada saxlanıb. O sonra pul və mülk girovu qarşılığında zaminə buraxılıb.

İnqilab məhkəməsinin bir il həbs cəzası verdiyi Qulamrza Nəcəfi bir ilin üç ayını həbsdə qaldıqdan sonra şərti olaraq azadlığa buraxıla bilər. O üç aydan sonra azadlığa buraxıldığı təqdirdə sonralar başqa ittihamlarla üzləşib həbsə məhkum edilməsə cəzasının qalan 9 ayını həbsdə keçirməkdən azad olacaq.

“Güney Azərbaycan” Xəbər Mərkəzinin məlumatına görə, Qulamrza Nəcəfi İnqilab məhkəməsinin hökmünə etiraz etsə də Təbrizin ikinci istansiya məhkəməsi (Təcdidi Nəzər) etiraza baxmağı rədd edərək İnqilab Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

XS
SM
MD
LG