Accessibility links

Qulu İbrahimli: Süni valyuta qıtlığı ilə manatın kəskin devalvasiyasına əsas yaradırlar [Video-Müsahibə]


Qulu İbrahimli: Süni valyuta qıtlığı ilə manatın kəskin devalvasiyasına əsas yaradırlar
please wait

No media source currently available

0:00 0:06:30 0:00

İqtisadçı ekspert Amerikanın Səsinə müsahibəsində valyuta bazarındakı mövcud durum və risklərdən danışıb

İqtisadçı ekspert Qulu İbrahimli Amerikanın Səsinə müsahibəsində valyuta bazarında mövcud durum, risklər, manatın devalvasiyasının səbəblərindən danışıb.

Amerikanın Səsi: Ölkənin maliyyə-bank sektorunda mövcud durumu və perspektivləri necə görürsünüz?

Beynəlxalq Bank və Neft Şirkətini xilas etmək yolu ilə Mərkəzi Bankın valyuta rezervlərindən istifadə olunması ölkənin maliyyə-bank sektoru üçün böyük risklərə səbəb olub.

Qulu İbrahimli: Ölkənin bank sektorunda mövcud problemləri bilmək üçün birinci səbəbləri öyrənmək lazımdır. Bu gün maliyyə-bank sektorunda yaranmış vəziyyətin əsas səbəbi Azərbaycan Beynəlxalq Bankının Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə etməsidir. O cümlədən, Dövlət Neft Şirkətinə (ARDNŞ) 2015-ci ildə Mərkəzi Bankın 2 milyarda yaxın vəsait ayırmasıdır. Çünki bu gün maliyyə-bank sektorunda yaranmış problemin kökü bununla bağlıdır. Atılan addım Mərkəzi Bankın balansında tarazılığın pozulmasına səbəb olub. Eyni zamanda, bu gün Beynəlxalq Bank və Neft Şirkətini xilas etmək yolu ilə Mərkəzi Bankın valyuta rezervlərindən istifadə olunması ümumiyyətlə ölkənin maliyyə-bank sektoru üçün böyük risklərə səbəb olub. Buna baxmayaraq, yenə də dövlət Beynəlxalq Bankla bağlı vəsait ayırmaq istəyir. Hesab edirəm ki, bu növbəti illərdə də gərgin və ağır fəsadlarını verəcək.

Amerikanın Səsi: Mərkəzi Bank yaxın zamanda valyuta bazarında tam üzən məzənnəyə keçiləcəyini bildirib? Üzən məzənnəyə keçid valyuta bazarında sabitləşmə yarada biləcəkmi?

Bizdəki məzənnənin bir adı var. Bu məzənnənin adı, - Azərbaycan Beynəlxalq Bankı sindromudur.

Qulu İbrahimli: 2016-cı ildə dünya valyutaları içərisində üzən məzənnə rejimində işləyən bir valyuta olubsa, o da Azərbaycan manatıdır. Çox təəssüf ki, hökumət bəzi iqtisadçıların dili ilə cəmiyyətə izah etmək istəyir ki, sanki manata təzyiq mövcud olmuşdur. Ötən müddət ərzində Mərkəzi Bank tərəfindən manatın qorunması üçün heç bir tədbir görülməyib. Ona görə, biz baxmalıyıq ki, ötən müddət ərzində Mərkəzi Bank özünün valyuta ehtiyatlarından manatın dəstəklənməsi üçün istifadə edib-etməyib? Mərkəzi Bank çox təəssüflər olsun ki, resurslarından manatın dəstəklənməsi üçün istifadə etməyib. Bizdəki məzənnənin bir adı var. Bu məzənnənin adı - Azərbaycan Beynəlxalq Bankı sindromudur. Çox təəssüf olsun ki, 2017-ci ildə də Beynəlxalq Banka daha 10 milyard manat vəsait ayrılması nəzərdə tutulub. Bu da domino effekti kimi, yenə də gələn il də manatın məzənnəsi ilə bağlı risklərə səbəb olacaq.

Amerikanın Səsi: Hazırda “qara valyuta bazarı” sürətlə genişlənir və dollar sürətlə bahalaşır? Fikrinizcə, manatın dollar və avroya nisbətdə ucuzlaşması hansı həddə qədər davam edəcək?

Mən hesab edirəm ki, bugünkü məzənnə də sünidir. Bəzi iqtisadçıların dili ilə yenə manata qiymət qoyurlar.

Qulu İbrahimli: Son bir ayda hökumət “qara bazar”ın ləğv olunması ilə bağlı tədbirlərə başlayıb. Biz ötən ildən də bilirik ki, Azərbaycanda valyuta bazarına təqdim olunan valyutanı əsasən iki bank alırdı. Bu iki bankın əli ilə valyuta bazarına dollar axıdılırdı. Maraqlı məsələ budur ki, bəs niyə son bir ayda hökumət bu “qara bazar”ın ləğv olunması ilə bağlı tədbirlərə başlayıb? Bazarın özü bizə yaxşı bir göstərici verir ki, bazarda bu günədək manat qıtlığı olmayıb. Bu gün “qara bazar”da olan vəziyyətin təhlili də göstərir ki, Azərbaycan manatının dəyəri süni şəkildə artırılır. Heç bir sahibkar, iş adamı bu günədək deyə bilməz ki, ,o valyuta qıtlığı ilə qarşılaşıb, ehtiyac duyduğu valyutanı bazardan ala bilməyib. Çox maraqlıdır ki, rəsmi məzənnə nə qədər artırsa, qara bazarda artım daha az olur. Bu da göstərir ki, manata təzyiq olmayıb. Manat indiyədək üzən məzənnə rejimində işləyib. Əgər manatın məzənnəsi yuxarı olsa idi, təzyiq olsa idi, ən birinci buna “qara bazar” reaksiya verərdi. Yəni, rəsmi kursun müəyyənləşməsindən asılı olmayaraq bu, bazarda kəskin fərqlənməlidir. İndi dekabrın 31-i gəlir, Mərkəzi Bankın balansı təsdiq olunmalıdır. Mərkəzi Bankın valyuta ehtiyatlarının daha yuxarı məbləğdə yenidən qiymətləndirilməsinə əsas yaradılmalıdır. İndi “qara bazar” ləğv olunub, Mərkəzi Bank imkan vermir ki, “qara bazar”da valyuta dövriyyəsi olsun. Beləliklə, valyuta qıtlığı yaradıb. Cəmiyyətə də çatdırmaq istəyir ki, sanki valyuta yoxdur, manata təzyiqlər var və dekabrın 31-dək manatın bahalaşdırılması, xüsusi vurğulamaq istəyirəm ki, süni şəkildə bahalaşdırılmasına əsas yaratmaq üçün bu gün “qara bazar”ı ləğv ediblər. Belə sual ortaya çıxır, axı, niyə indiyədək “qara bazar”ın mövcudluğuna göz yumulurdu və indi ləğvi başlanıldı. Ona görə başlanıldı ki, bu “qara bazar”a təkcə valyuta hərraclarında təqdim olunan valyuta deyil, ümumiyyətlə vətəndaşların əllərində olan dolların bazara təqdim olunmasında çətinlik yaradılsın. Yəni, süni yaradılmış valyuta qıtlığı cəmiyyətə çatdırılsın və ilin sonunadək Azərbaycan manatının kəskin bahalaşdırılmasına əsas yaratsınlar. Mən hesab edirəm ki, bugünkü məzənnə də sünidir. Bəzi iqtisadçıların dili ilə yenə manata qiymət qoyurlar. Heç bir əsaslandırma olmadan dolların manata nisbətini 2.20-2.50 manat göstərirlər. Bununla da cəmiyyətə, ictimai firkə diktə edirlər ki, sanki valyutanın qiyməti bu olmalıdır. Amma bunun bir səbəbi var, Mərkəzi Bankın valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi. Bu real iqtisadi hadisələrlə bağlı deyil.

Amerikanın Səsi: Kommersiya banklarının dollar satmamasının səbəbi nədir? Bazarda süni dollar defisiti yaradıla bilərmi?

2015-ci il dekabrın 21-də manatı yenidən devalvasiyaya uğratdılar. Bunun da səbəbi onunla bağlı idi ki, 3 milyard manat Beynəlxalq Banka vəsait ayrılması ilə Mərkəzi Bankın balansında tarazılıq pozulmuşdu. Bu il də Beynəlxalq Banka 7 milyard pul verilib, Mərkəzi Bankın balansının tarazlığı pozulub. “Qara bazar”ı ləğv etməklə süni valyuta qıtlığı yaradılıb ki, ilin sonunadək manatın kəskin devalvasiyası üçün əsas yaradılsın.

Qulu İbrahimli: Dollar defisiti yaradıla bilər yox, artıq yaradılıb. Bu gün hüquq-mühafizə orqanlarının bu işə cəlb olunması ilə “qara bazar”ın faktiki olaraq ləğv olunması göstərir ki, hökumət manatı süni şəkildə bahalaşdıracaq. Çox təəssüf olsun ki, indiyədək bunun hər hansı əsaslandırılması verilmir. 2016-cı il üçün Mərkəzi Bankın balansı dərc olunanda biz bunu görəcəyik. Necə ki, 2015-ci il dekabrın 21-də manatı yenidən devalvasiyaya uğratdılar. Bunun da səbəbi onunla bağlı idi ki, 3 milyard manat Beynəlxalq Banka vəsait ayrılması ilə Mərkəzi Bankın balansında tarazılıq pozulmuşdu. Bu il də Beynəlxalq Banka 7 milyard pul verilib, Mərkəzi Bankın balansının tarazlığı pozulub. “Qara bazar”ı da ləğv etməklə süni valyuta qıtlığı yaradılıb ki, ilin sonunadək manatın kəskin devalvasiyası üçün əsas yaradılsın.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG