Accessibility links

Qulu Məhərrəmli: Paris olayları söz azadlığı və sosial məsuliyyət ətrafında debatı canlandırdı


Fransada keçən həftə Məhəmməd Peyğəmbərin karikaturalarını dərc edən satirik Charlie Hebdo dərgisinə hücum Qərb ölkələrində söz azadlığı, nifrət çıxışları və dini fanatizm ətrafında intensiv müzakirələrə yol açmaqla yanaşı, Qərb və Şərq cəmiyyətlərində məsələlərə tamamilə fərqli baxışların olduğunu bariz şəkildə nümayiş etdirdi.

Bakı Dövlət universitetinin professoru, filologiya elmləri doktoru, jurnalist və teletənqidçi Qulu Məhərrəmli Amerikanın Səsinə müsahibədə Azərbaycanda Parisdə terror hadisəsi və söz azadlığı ətrafında müzakirələrə münasibəti şərh edib.

Qulu Məhərrəmli il müsahibə
please wait

No media source currently available

0:00 0:12:06 0:00
Direct link

Qulu Məhərrəmlinin sözlərinə görə, baş verən hadisə bir tərəfdən insanın fundamental azadlığı olan söz azadlığı, digər tərəfdən isə söz azadlığının özündən irəli gələn məsuliyyət kimi məsələlər ətrafında ciddi düşünməyə əsas verir: “Sosial məsuliyyət nəzəriyyəsi burdan qaynaqlanır. Yəni azad iradə və sosial məsuliyyət məsələsi. Bu, mətbuat azadlığı ilə bağlı ciddi problemlərdən biridir. Prinsipcə, söz azadlığı üçün cəmiyyətdə heç bir məhdudiyyət olmamalıdır. Amma o biri tərəfdən, əgər başqaları üçün problem və təhlükə yaradırsa söz azadlığına limit qoymaq, onu məhdudlaşdırmaq olurmu? Yəni söz azadlığının dayanacağı bir nöqtə varmı? Bu terror hadisəsi, karikatura ətrafında baş vermiş son olaylar göstərdi ki, bunun üzərində çox düşünmək lazımdır.”

Söz azadlığının ifadəsi olan hər hansı bir yazı, şəkil insan ölümünə və terrora səbəb ola bilməz. Gənclərin bu düşüncəsini alqışlamaq lazımdır-Qulu Məhərrəmli

Qulu Məhərrəmli Azərbaycanda məsələ ətrafında qızğın diskussiyaların aparılmamasını təəssüf hissi ilə qarşıladığını bildirib. O, Bakı Dövlət universitetinin tələbələrinin Charli Hebdo dərgisinə dəstək məqsədilə keçirdiyi aksiyanı söz azadlığının müdafiəsi sahəsində təqdirə layiq bir addım kimi qiymətləndirib: “Tələbələr Charlie Hebdo jurnalı ilə həmrəyəlik ifadə edib dəstək verib. Yəni söz azadlığını baxımından gənclər belə hesab edirlər ki, söz azadlığını məhdudlaşdırmaq olmaz. Söz azadlığının ifadəsi olan hər hansı bir yazı, şəkil insan ölümünə və terrora səbəb ola bilməz. Gənclərin bu düşüncəsini alqışlamaq lazımdır. Onlar görürlər ki, söz və mətbuat azadlığını heç cür məhdudlaşdırmaq olmaz.”

Lakin Qulu Məhərrəmli qeyd edib ki, terrorun yolverilməz olduğuna dair ümumi rəy mövcud olsa da, katikaturaların yaratdığı mübahisələr də diqqət mərkəzində qalır. O, dini məsələlərdə həssaslığın tələb olunduğunu vurğulayıb: “Digər mövqe də ondan ibarətdir ki, problemi, məsələni bu həddə gətirib çıxarmaq olmaz. Peyğəmbərlərin karikaturasını vermək məqsədəuyğun deyil, bu, bir az həssas məsələdir. Bax, bunun üzərində dayanırlar. Heç kimin dini inancı, xüsusilə peyğəmbəri, dini görüşünü məsxərəyə qoymaq, ələ salmaq, onu təhqir etmək yolverilməzdir. Bu, aspekt var, amma çox yaxşıdır ki, Azərbaycan cəmiyyətində bu fikir də çox aydın şəkidlə vurğulanır ki, karikatura hadisəsi baş verib, amma bu, heç kimi öldürməyə, insan həyatına son qoymağa, bu cür vəhşi terror hərəkəti törətməyə və günahsız insanları öldürməyə əsas vermir. Yəni terror pislənilir. Bu, çox ciddi məqamdır.”

Molla Nəsrədddin belə bir yol götürdü ki, həqiqəti satirik bir dildə, karikaturaların köməyi ilə ifadə etsin və bəzi mətləbləri topluma anlatsın-Qulu Məhərrəmli

Qulu Məhərrəmli Azərbaycanda karikatura ənənəsi və “Molla Nəsrəddin” jurnalının 20-ci əsrin əvvəllərində mətbuat və ictimai düşüncə tarixi baxımından cəmiyyətdə oynadığı roldan danışıb: “Molla Nəsrədddin belə bir yol götürdü ki, həqiqəti satirik bir dildə, karikaturaların köməyi ilə ifadə etsin və bəzi mətləbləri topluma anlatsın. O vaxt karikatura qeyri-adi bir forma kimi qəbul olunurdu. Karikatura insanlarda qavrayışda bir dönüş yaradırdı.Yəni karikatura qeyri-adi bir şey deyil, amma bu karikaturaların verdiyi informasiya bu cəmiyyətə lazımdır, bu yolla cəmiyyəti tənqid etmək olar və cəmiyyəti irəlilətmək olar...”Molla Nəsrəddin” milli düşüncə, istiqlal tariximizdə, milili təfəkkürün oyanmasında, ictimai düşüncənin genişlənməsində böyük rol oynadı və buna görə də bizim karukaturaya bir az öyrəncəliyimiz var, fərqli yanaşmamız var.”

Çarli Hebdo jurnalı ətrafında baş verənlərin dərslərindən danışan Qulu Məhərrəmli demokratik ənənəyə malik Qərb ölkələrində avtoritar düşüncə tərzinə barışmaz münasibəti alqışladığını deyib, lakin mətbuat qarşısında din mövzusuna həssaslıqla yanaşmaq kimi məsuliyyət olduğunu əlavə edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG