Accessibility links

Qulu Məhərrəmli: Doğrudan da bax, nəyə görə jurnalistlərin qatilləri tapılmır? [Video-müsahibə]


Bakı Dövlət Universitetinin doktorunun Amerikanın Səsinə müsahibəsi

Bakı Dövlət Universitetinin doktoru Qulu Məhərrəmli Amerikanın Səsinə müsahibəsində media azadlığı və jurnalistlərin təhlükəsiz şəraitdə işləməsi üçün şəraitin yaradılmasının vacibliyindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda jurnalistlərin qətli və təzyiqlərə məruz qalması ilə bağlı cinayətlərin açılmamasını nə ilə izah etmək olar? Avqustun 8-də jurnalist Rasim Əliyev də qətlə yetirilib.

Yəni, düşünürlər ki, bu cinayətlərin üstünün açılmaması onunla bağlıdır ki, görünür bu sifarişlər müəyyən dərəcədə ya hakimiyyətlə bağlıdır, ya yüksək vəzifəli məmurlarla bağlıdır.

Qulu Məhərrəmli: Son illərdə qətlə yetirilən, döyülən, cəzalandırılan jurnalistlərlə bağlı cinayətlər açılmır. Yəni bunu kim törədib, kim sifariş edib. Bax bunlar bağlı qalır. 2005-ci ildə Elmar Hüseynovu qətlə yetirdilər. Müxtəlif versiyalar irəli sürüldü. Dedilər hətta Türkiyənin təhlükəsizlik orqanları bununla məşğuldur, Gürcüstan bu işə qarışdı və sair. Amma, təsəvvür edin, 10 il keçib heç bir nəticə yoxdur. Şübhəsiz ki, bunların hamısı cəmiyyətdə müxtəlif fikirlərə səbəb olur. Yəni, düşünürlər ki, bu cinayətlərin üstünün açılmaması onunla bağlıdır ki, görünür bu sifarişlər müəyyən dərəcədə ya hakimiyyətlə bağlıdır, ya yüksək vəzifəli məmurlarla bağlıdır və sair. Bu da şayiə şəklində olmasına baxmayaraq, məntiq tələb edir ki, biz bu variantın üzərində düşünək. Doğrudan da bax, nəyə görə jurnalistlərin qatilləri tapılmır? Bizim hüquq mühafizə orqanları var? Hesabatlar var, açılan və açılmayan cinayətlərin təsnifatı var və sair. Amma, nə üçünsə, siz deyən kimi, jurnalist qətlləri ilə bağlı hadisələrin üstü açılmır. Fərqli olaraq sonuncu məqam, Rasimin qətli ilə bağlı,

Rasimin ölümü birbaşa qəsd hadisəsidir. İnsana dediyi sözə görə törədilən qəsd hadisəsidir.

bəzən deyirlər bu həbsxanada oldu. Amma, elə deyil. Bu birbaşa qəsd hadisəsidir. İnsana dediyi sözə görə törədilən qəsd hadisəsidir. Hesab edirəm ki, bu cür ciddi hadisələrin üstü dərhal açılmalıdır. Bu təkcə bizdə deyil. Baxın, Rusiyada, Ukraynada, Gürcüstanda, yəni dəst-xətt bir-birinə çox oxşayır. Yanaşma tərzi, hakimiyyətlərin, müxalifətin, media caməsinin yanaşması bir-birinə çox oxşayır. Orta Asiyada da eynidir, baxın Qırğızıstanda da o cürdür, Özbəkistanda da, Azərbaycanda da, Ermənistanda elədir. Yəni, o proses MDB məkanında gedir. Qəsdin üstü açıldı-açılmadı insanlarda belə təsəvvür var ki, jurnalistlər azad sözə görə öldürülüb. Sözün düzünü, həqiqəti dediyinə görə, araşdırmalar apardığına görə və sair. Qəsdin üstünün açılmaması birinci növbədə hakimiyyətin ziyanınadır.

Amerikanın Səsi: Azərbaycan hakimiyyəti media azadlığı, jurnalistlərin təhlükəsiz şəraitdə işləməsi ilə bağlı azadlıqların tam təmin edilməsi barədə bəyanatlar verir. Beynəlxalq və yerli qurumlar isə bunun əksini deyir. Reallıq haradadır?

Müstəqil ekspertlərin sayı azalıb, səsləri demək olar ki, çıxmır. İnsanlar bu və ya başqa formada sanki bu məsələlərə münasibət göstərməkdən ehtiyatlanırlar, çəkinirlər.

Qulu Məhərrəmli: Bilirsiniz, əvvəl belə idi, Azərbaycanda çoxlu jurnalist təşkilatları var idi. Bunlar və qeyri hökumət təşkilatları real situasiyanı öyrənirdilər. Yəni, tutaq ki, beynəlxalq təşkilat bir bəyanat verəndə, ya hakimiyyət bir bəyanat verəndə, bunun alt yapısını həmin o azad, müstəqil təşkilatlardan öyrənmək olurdu. İndi, təəssüf ki, Azərbaycanda QHT-lərin də ciddi problemləri var. Onların fəaliyyəti ilə bağlı müəyyən mürəkkəbliklər yaranıb və bu təhlilləri aparanlar yoxdur. Müstəqil ekspertlərin sayı azalıb, səsləri demək olar ki, çıxmır. İnsanlar bu və ya başqa formada sanki bu məsələlərə münasibət göstərməkdən ehtiyatlanırlar, çəkinirlər. Belə bir halda əlbəttə, kimin haqlı olduğunu söyləmək çətindir. Amma, real mənzərəni də danmaq mümkün deyil. Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı son illərdə ortaya çıxan silsilə problemlər, jurnalsitlərin döyülməsi, qorxudulması, müstəqil qəzetlərin öz fəaliyyətini dayandırması, bunlar hamısı onu deməyə əsas verir ki, bütün gözəl bəyanatlara baxmayaraq əlbəttə, Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı müəyyən problem var. Yəni, sanki parodoksal bir situasiyadır. Bir tərəfdən, dövlət KİV-lərə çox pul ayırır, jurnalistlərə ev verilir, şərait yaradılır. Doğrudan da texniki təchizat yaxşılaşır və sair. İndiyədək KİV-ə Dəstək Fondunun xətti ilə 20 milyon manatdan çox vəsait verilib. Bu az vəsait deyil. Məsələn, bununla yaxşı bir mətbəə qurmaq olardı. Yaxşı radio evi, mətbuat evi tikmək, müstəqiı mətbəə yaratmaq və bir neçə müstəqil qəzeti maliyyələşdirmək olardı və sair. Amma, təəssüf ki, proses o istiqamətdə getmir. Baxın, son 10 ildə neçə qəzet öz müstəqilliyindən imtina edib, neçə qəzet bağlanıb. Yəni, bunların hamısı o qənaətə gələməyə əsas verir ki, hər halda Azərbaycanda medianın inkişafı ilə bağlı səslənən nikbin bəyanatların o qədər də əsası yoxdur. Söz və mətbuat azadlığı var, bunu danmaq olmaz. Niyə? Əgər bir ölkədə ki, “Azadlıq” qəzeti kimi media qurumu fəaliyyət göstərir, kifayət qədər kəskin tənqid edir. AzadlıqRadiosu fəaliyyət göstərir, Turan Informasiya Agentliyi fəaliyyət göstərir. Yəni, müstəqil mənbəə kimi bunlar mövcuddur. Ona görə də deməyə çətinlik çəkirəm ki, Azərbaycanda söz və mətbuat azadlığı yoxdur. Görünür, bununla bağlı bir keyfiyyət problemi var. Jurnalistlərin, media camiəsinin özünün prinsiplərdən könüllü şəkildə geri çəkilməsi var. Bu əsas faktor deyil. Amma, reallığın doğurduğu bir istiqamətdir, bir meyldir, bir tendensiyadır ki, bu da nəticə etibarı ilə bütövlükdə azad mətbuata ziyan vurur.

Ameikanın Səsi: Sizcə medianın və jurnalistlərin azadlığının qorunması üçün nə edilməlidir?

Çünki, cəmiyyətin gücü yoxdur. Bizim cəmiyyət artıq getdikcə müqavimət gücünü itirir, bu cür proseslərə çox zəif şəkildə cavab verir. Niyə? Çünki, azad jurnalistlərin sayı azalıb, azad mətbuat qurumlarının sayı azalıb.

Qulu Məhərrəmli: Nə olmalıdır? Birinci yaxşı jurnalist təşkilatalrı olmalıdır. Mən hesab edirəm ki, jurnalistlərin təhlükəsizliyi qorunmalıdır. Baxın, bu axırıncı situasiya ilə bağlı prezidentin verdiyi bəyanatın o qədər nikbin ruhu var, o qədər belə cazibədaradır, o qədər burada gözəl ifadələr işlədilir ki, Azərbaycanda söz və mətbuat azadlığı prioritet azadlıqdır, konstitusiyanın müdafiə etdiyi və verdiyi azadlıqdır. Amma, bunun reallaşması üçün, jurnalistin təhlükəsizliyi üçün hansı mexanizmlər, hansı təminatlar var. Bax, bunun üzərində düşünmək lazımdır. Mənə elə gəlir ki, qanunvericilikdə ciddi şəkildə bunlar nəzərə alınmalıdır. Bəlkə hansısa bir qurum yaradılmalıdır, özü də bəlkə dövlət özü bununla məşğul olsun? Çünki, cəmiyyətin gücü yoxdur. Bizim cəmiyyət artıq getdikcə müqavimət gücünü itirir, bu cür proseslərə çox zəif şəkildə cavab verir. Niyə? Çünki, azad jurnalistlərin sayı azalıb, azad mətbuat qurumlarının sayı azalıb. Yəni əvvəlki kimi deyil, fədəkarların sayı azalıb. Bunlar əvvəlki sayrda deyillər. Ona görə hesab edirəm ki, bəlkə bununla bağlı bir dövlət qurumu, ya dövlətin himayə etdiyi ictimai qurum olmalıdır ki, məsələn o, cəmiyyət qarşısında cavabdeh olsun və dövlətin media siyasəti sahəsində apardığı gündəlik siyasətə öz töhfəsini vermiş oldun.

XS
SM
MD
LG