Accessibility links

Britaniya kraliçası Yelizaveta nəticəsinin və taxtın varisinin həyata gəlişini gözləyir. Temza çayında olduqca maraqlı siyahıyaalma üsulu başlanıb.

Kraliçanın qu quşu siyahıyaalanı və onun yardımçıları ənənəvi taxta qayıqla Temza çayında Qu quşu siyahıyaalma mərasimi üçün qu quşu balalarını sayır.

Qarşılarına çıxan bütün qu quşlarının çəkisi yoxlanıldıqdan, boyu ölçüldükdən sonra onlara birkalar vurulur və yaralı olub-olmadıqları yoxlanılır.

Beşgünlük siyahıyaalma ənənəsi 12-ci əsrə gedib çıxır. Ənənəyə görə kral tacının sahibi toplanmış bütün qu quşlarına sahib olur.

Son dəfə 2011-ci ildə siyahıyaalma zamanı Temza çayı boyu 127 kilometr məsafədən 114 qu quşu toplanmışdır. Ötən il isə ağır yağışlar səbəbindən siyahıyaalma mərasimi keçirilməmişdi.
XS
SM
MD
LG