Accessibility links

Pastor bildirir ki, kilsə Quranı yandırmaq deyil, diqqəti radikal islamın təhlükəsinə çəkmək istəyib

  • Amerikanın səsi

Florida ştatında bu gün Quranın nüsxələrinin yandırılacağı ilə hədələyən pastor Nyu Yorkda NBC televiziyasına müsahibə verib

Florida ştatında bu gün Quranın nüsxələrinin yandırılacağı ilə hədələyən pastor deyib ki, onun kilsəsi heç vaxt belə bir addım ata bilməzdi. Keşiş Terri Cons bu gün Nyu Yorkda NBC televiziyasına müsahibə verib. O deyib ki, onun cəmi 50 nəfər üzvü olan kilsəsi pastorun özünün sözlərilə, islamın olduqca təhlükəli və çox radikal elementinə diqqəti çəkməkdə böyük uğur qazana bilib. Consun pastoru olduğu kilsənin ABŞ-a qarşı terror hücumlarının doqquzuncu ildönümünü Quran nüsxələrini yandırmaqla qeyd etmək planları dünya ictimiayyəti tərəfindən kəskin qınanmışdır. Pastor Dünya Ticarət mərkəzinin qoşa binalarının dayandığı yerdə islam mərkəzinin inşa edilməsinə görə məsuliyyət daşıyan imamla görüşmək üçün bu gün Floridadan Nyu Yorka səfər edib. Görüş baş tutmayıb. ABŞ prezidenti Barak Obama deyib ki, Quran nüsxələrinin yandırılması ABŞ-ın müsəlman ölkələrində xidmət edən on minlərlə əsgərini təhlükə altında qoyur.

XS
SM
MD
LG