Accessibility links

Vaşinqtonda "Qurani-Kərim" sərgisi açılıb [Video]


Vaşinqtonda "Qurani-Kərim" sərgisi açılıb
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Birləşmiş Ştatlarda ilk ən böyük "Qurani-Kərim" sərgisi ölkənin paytaxtındakı Artur M.Sakler qalereyasında nümayiş etdirilir. Bu sərgi Smitsonian İnstitutunun "Sakler" qalereyası və İstanbuldakı “Türk və İslam Sənətləri” muzeyi ilə əməkdaşlıq sayəsində təşkil edilib. Sərgidə min ildən çox bir müddətdə Şimali Afrikadan tutmuş Türkiyə, İran və Əfqanıstan daxil olmaqla, İslam dünyasında tərtib edilmiş Qurani-Kərimin 60-dan çox əlyazması nümayiş etdirilir.

Sərginin girişində mürəkkəb, müxtəlif rənglər və qızıl suyu ilə yazılmış Quran nüsxəsi yerləşdirilib. "Freer və Artur M. Sakler" muzeyinin kuratoru Məsumə Fərhad: "Bu, sərgidəki ən böyük və ən ağır kitablardan biridir. Kifayət qədər diqqət çəkən bu kitabın çəkisi 60 kq-dır. Bu əlyazmaların çoxu əsasən nümayiş etdirilmək üçün tərtib edilib. Onlar məscidlərə və mavzoleylərə hədiyyə kimi verilirdi.”

Buradakı 66 əlyazmanın çoxu İstanbulun ”Türkiyə və İslam Sənəti” muzeyindən gətirilib, bəzi əsərlər isə “Freer və Artur M.Sakler”in kolleksiyasından götürülüb. Əlyazmalar VII əsrdə Suriyanın paytaxtı Dəməşqdən XVII əsr İstanbula qədərki dövrü əhatə edir.

Muzeyə təqdim edilən bəzi əlyazmalar isə Osmanlı sultanlarının məqbərəlrindən gətirilib. "Bu Qurani-Kərim nüsxərlərinin bəziləri həmin dövrdə o bölgələrdəki ən nüfuzlu sultanlar üçün hazırlanıb.”

“Freer və Sakler”in və “İslam Sənəti” muzeylərinin kuratoru Məsumə Fərhad mətni eyni olan hər nadir əlyazmanın müxtəif forma və stili olduğunu deyir. Sənərkarların rəssamlıq və bacarığı səyəsində hər bir əlyazma unikal sənət əsərinə çevrilib. “Məsələn, xəttat Yaqutu götürək. O, XII əsrin sonu XIII əsrin əvvəllərində İslam dünyasında ən məşhur xətttatlardan biri olub.”

Sərgidə Qurani-Kərimin ilk əlyazmaları içərizində gözəl xəttatlıqla yanaşı bəzək işlərini də görmək olur. Burada eləcə də, əlyazmalardan bəzilərinin kimlər tərəfindən yazıldığı və kimlərə məxsus olduğu barədə də məlumat verilir.

XS
SM
MD
LG