Accessibility links

Dünya müsəlmanları Qurban bayramını qeyd edir


Bu gün dünya müsəlmanları Qurban bayramını qeyd edir.

2 milyondan artıq müsəlman Həcc ziyarətini başa vurduqdan sonra şeytanın daşlanması mərasimində iştirak edib.

Həyatlarında heç olmasa bir dəfə Məkkəni ziyarət etmək hər bir müsəlmanın borcu hesab edilir.

Bir neçə Afrika ölkəsi Ebola virusunun yayılmasına görə builki ziyarətə qatılmayıb. Belə ki, Səudiyyə Ərəbsitanı o ölkələrdən səfərlərə qadağa tətbiq edib.

Riyad Gvineya, Liberiya və Syerra Leonedən gələn 7000 viza tələbini rədd edib. Qadağa o ölkələrə səfər edənlərə də şamil edilir.

Bu 3 Afrika ölkəsində 13.2 milyon müsəlman yaşayır.

Səudiyyə Ərəbistanı 2012-ci ildə Ebola virusunun yayıldığı Demokratik Konqo Respublikasından da səfərləri yasaqlamışdı.

Tənəffüs xəstəliklərinin yayılmasının qarşısının alınması məqsədi ilə yaşlı, uşaq və xroniki xəstəlikləri olanlara xəbərdarlıq verilib.

XS
SM
MD
LG