Accessibility links

Prokuror Qurban Məmmədova 3 il həbs istəyib


Qurban Məmmədov
Qurban Məmmədov

Qurban Məmmədov həbsinin siyasi sifariş olduğunu bəyan edib

Noyabrın 28-də Nəsimi Rayon Məhkəməsində dövlət ittihamçısı hüquqşünas Qurban Məmmədova 3 ilhəbs istəyib.

Vəkil Süleyman Qasımovun məlumatına görə məhkəmə prosesi dekabrın 4-də müdafiə tərəfiinn çıxışları ilə davam etdiriləcək.

Qurban Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Sonradan istintaq orqanı Q. Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham elan edib.

Qurban Məmmədov həbsinin siyasi sifariş adlandırıb və bunu Milli Şurada aktiv siyasi fəaliyyəti, radikal çıxışları ilə əlaqələndirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG