Accessibility links

Prezident Əliyev Qurban bayramı münasibəti ilə xalqı təbrik edib


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir ki, cəmiyyətdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. “Əziz bacı və qardaşlarım!

Mübarək Qurban bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!” təbrikdə qeyd edilir.

Bu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-5-də qeyd ediləcək. Bayram günləri iş günü deyil.

XS
SM
MD
LG