Accessibility links

Məhkəmə Qurban Məmmədovu 3 il azadlıqdan məhrum edib


Qurban Məmmədov

Qurban Məmmədov

Tanınmış hüquqşünas iqtidarın kəskin tənqidçilərindədir. O yol nəqliyyat hadisəsi ittihamı ilə həbs edilib

Bakının Nəsimi rayon Məhkəməsi Vəkillər Kollegiyasının keçmiş üzvü, tanınmış hüquqşünas Qurban Məmmədov barəsində 3 il həbs hökmü çıxarıb.

Məmmədov yol hərəkəti qaydalarını pozma və ifadə verməkdən boyun qaçırmağa məcbur etmədə günahlandırlır.

Məmmədov müxalifət qüvvələrinin birləşdiyi Milli Şuranın üzvüdür və iqtidarın sərt tənqidçilərindədir. O məhkəmənin ”oyuncaq” olduğunu və siyasi sifariş yerinə yetirdiyini bildirib.

Vəkil Anar Qasımov məhkəmənin hökmünü misli görünməmiş qanunsuzluq kimi qiymətləndirib.

Onun sözlərinə görə, Məmmədovun yol nəqliyyat hadisəsi törədilməsində təqsiri sübuta yetirilməyib.

Vəkil işi siyasi əsaslı hesab edir. Bunun sübutu Məmmədovun məhkəmədən əvvəl həbs edilməsi, maksimum cəza tədbiri hökmünün çıxarılmasıdır.

Hökmdən apellyasiya məhkəməsinə şikayət veriləcək.

Məmmədov bu il iyunun 4-də həbs edilib. Onu 2012-ci ilin sentyabr baş vermiş Yyol nəqliyyat hadisəsi ilə bağlı həbs ediblər. Zərərçəkmişin Məmmədova qarşı şikayəti olmayıb.
XS
SM
MD
LG