Accessibility links

Qurban Məmmədov avtoqəza törətməkdə günahlandırılır


Tanınmış vəkil Qurban Məmmədov həbs edilib.

Bakının Nəsimi rayon məhkəməsi Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürüb və barəsində iki ay həbs qətimkan tədbiri seçib.

Vəkil Namizəd Səfərov bildirib ki, iddiaya görə ötən ilin sentyabrında avtoqəza törədilib və avtodayanacaq nəzarətçisinin ayağı sınıb. Guya həmin avtoqəzanı Məmmədovun törətdiyi müəyyən edilib.

Qurban Məmmədov hazırki hakimiyyəti kəskin tənqid edən hüquqşünaslardandır. O son aylarda hakimiyyət və məmurlarla bağlı sərt bəyanatlar verirdi.

Məmmədovun Amerikanın Səsinə sonuncu video müsahibəsini təqdim edirik.
XS
SM
MD
LG