Accessibility links

Qurban Yetirmişli: Dərinlik çox olduğundan dağıntı olmadı [Audio-müsahibə]


Seysmik müşahidə
Seysmik müşahidə

Seysmoloji Xidmət Mərkəzinin direktoru Amerikanın Səsinə müsahibəsində Azərbaycanda seysmik aktivlikdən danışıb

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Amerikanın Səsinə müsahibəsində fevralın 10-da baş verən zəlzələ və regiondakı seysmik aktivlikdən danışıb.

Qurban Yetirmişli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:05:26 0:00
Direct link

Bu gün Saatlı rayonundan 41 kilometr şimal-şərqdə maqnitudası 5,7 olan zəlzələ baş verib. Zəlzələ 55 kilometr dərinliyində olduğundan respublikanın bütün ərazisində hiss edilib.

Xəzərdə aktiv Maxaşkala-Krasnovodsk (Türkmənbaşı-red) dərinlik qırılmasında belə zəlzələlər tez-tez qeydə alınır.
Yetirmişlinin fikrincə dərinlik çox olduğundan zəlzələ episentrdə və ətraflarda dağıntı yaratmayıb.

Direktor bildirib ki, Azərbaycanda zəlzələlər tez-tez olur. “Bu ilin əvvəlindən 500-dək zəlzələ qeydə alınıb. Bu gün də Xəzərdə 3,2 bal gücündə təkan olub. Xəzərdə aktiv Maxaşkala-Krasnovodsk (Türkmənbaşı-red) dərinlik qırılmasında belə zəlzələlər tez-tez qeydə alınır”.

Direktor yerli mediada Amerika ekspertlərinə istinadən Xəzərdə güclü zəlzələnin olacağı ilə bağlı yazılanları qeyri-real sayır.

“Zəlzələ ilə bağlı qabaqcadan proqnoz vermək mümkün deyil. Ən güclü zəlzələlər Sakit okean sahillərində Kaliforniyada və Atlantik okeanı sahillərində baş verir. Kim qabaqcadan proqnoz verib əhalini oradan çıxarıb?”, o sual edib.

Bakıda zəlzələ olacağını demişdi, amma Hacıqabulda, Bakıdan 100 kilometr aralıda baş verdi.
Yetirmişli bildirib ki, 100 min adam öləcəyini demişdilər.

“Görürsünüz heç bir bina da dağılmayıb. Amerikan eksperti Bakıda zəlzələ olacağını demişdi, amma Hacıqabulda, Bakıdan 100 kilometr aralıda baş verdi”.

Onun dediyinə görə ölkədə bu il in əvvəlindən seymiklik fon səviyyəsində olub.

“Burada xırda təkanları saymaq lazım deyil. Ola bilsin ki, bu təkanlar arasında güclüləri də olsun. Bu əhalini təşvişə salmamalıdır. Azərbaycan seymioaktiv bölgədə yerləşir. Biz ötən il 6 000-dən çox təkan qeydə almışıq. Onun 24-ü hiss edilib. 2012-ci ildə Zaqatala-Balakən zonasında baş verən zəlzələnin gücü ilə bu günkü zəlzələnin gücü eynidir. Sadəcə bu zəlzələ 55 kilometr dərində oldu. Zaqatalada isə biri 8, digəri 10 kilometr dərinlikdə baş verdi (Zaqatala zəlzələsi zamanı 6 minədək tikili dağılıb-red) ”, direktor qeyd edib.

Biz ötən il 6 000-dən çox təkan qeydə almışıq.
Yetirmişli bildirib ki, nisbi götürəndə Şamaxı, İsmayıllı ən aktiv zonadır.

“2011-ci ildə Hacıqabulda həmin episentrdə zəlzələ olmuşdu. İndi yenə orada təkan oldu. Stansiyalarda qeydə alınan aktivliklə zəlzələnin harada güclü və ya zəif olacağını demək mümkün deyil. Çox hallarda aktivlik xırda və zəif boşalmalarla keçir. Bu günkü zəlzələ də Acı çay-Ələt qırılmasında baş verib”, o qeyd edib.
.
XS
SM
MD
LG