Accessibility links

“Qurbanların Səsi” kampaniyası girovlarla bağlı Avropa məhkəməsinə müraciət edib


Rəsul Cəfərov etiraz edir (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)

Rəsul Cəfərov etiraz edir (Foto Rəsul Cəfərovun facebook səhifəsindən götürülüb)

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov tərəfindən yaradılan “Qurbanların Səsi” kampaniyası 2014-cu ildə girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin məhkəmə işinə pioritet qaydada baxılması üçün fevralın 20-də poçt vasitəsilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət göndərib.

Müraciətdə qeyd edilir ki, girovların səhhəti və saxlanma şəraiti nəzərə alınmaqla adları çəkilən şəxslərin işinə tez baxılsın. O da vurğulanıb ki, adları çəkilən şəxslərin tutulması və onlar barəsində bu cür qərar çıxarılması beynəlxalq humanitar hüquqa ziddir.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən erməni qüvvələri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Ötən il dekabrın 19-da qondarma rejim girovluqda olan Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyev isə 22 il azadlıqdan məhrum edib.

Qondarma rejim 46 yaşlı Şahbaz Quliyevi və 54 yaşlı Dilqəm Əsgərovu qətldə, casusluqda, “sərhəd”i qanunsuz keçməkdə, qanunsuz silah daşımaqda ittiham edib.

Azərbaycan tərəfi məhkəmənin heç bir hüquqi qüvvəsi olmadığını bildirib.

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov bu il yanvarın 19-da “Qurbanların Səsi” adlı kampaniyanın başlanması təşəbbüsünü irəli sürüb. Kampaniyanın əsas məqsədi 20 yanvar qətliamına insan hüquq və azadlıqlarının pozulması prizmasından qiymət vermək və yerli ictimaiyyətin, o cümlədən beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqətini bu məsələyə yönəltməkdən ibarətdir.

XS
SM
MD
LG