Accessibility links

Akif Qurbanov: Seçkiöncəsi real siyasi debatlar olmalıdır [Video-Müsahibə]


Mərkəzi Seçki Komissiyasının üzvü Amerikanın Səsinə danışır

Mərkəzi Seçki Komissiyasının üzvü Akif Qurbanov Amerikanın Səsinə müsahibəsində bu il keçiriləcək parlament seçkiləri öncəsi durumdan danışıb.

Amerikanın Səsi: Sizin rəhbərlik etdiyiniz “Demokratik Təşəbbüslər” İnstitutu ölkədə bu il keçiriləcək parlament seçkiləri öncəsi durumla bağlı tədqiqatlar aparıb. Seçkiqabağı durum necədir?

Ölkənin qanunvericiliyi, istər “Seçki Məcəllə”si, istər seçkilərə dair yan prosesdə iştirak edən digər qanunlar, - “Sərbəst toplaşmaq haqqında”, “KİV haqqında”, eyni zamanda İnzibati Xətalar və Cinayət Məcəllələrinin tələbləri bu standartlara cavab verirmi?

Akif Qurbanov: Ölkədə seçkiöncəsi vəziyyətin qiymətlərndirilməsi üçün, xüsusən də qanunvericilik bazasının azad, ədalətli, şəffaf seçkilərin keçirilməsini təmin etməsi istiqamətində, qanunvericiliyin beynəlxalq standartlara cavab verməsinin uyğunluğu istiqamətində araşdırma aparılıb. Bu araşdırma mövzunun iki hissəsini əhatə edir: həm seçkiöncəsi mühiti şərtləndirən amillər, həm də seçki prosesinin gedişini şərtləndirən amillər.

Yəni ölkənin qanunvericiliyi, istər “Seçki Məcəllə”si, istər seçkilərə dair yan prosesdə iştirak edən digər qanunlar, - “Sərbəst toplaşmaq haqqında”, “KİV haqqında”, eyni zamanda İnzibati Xətalar və Cinayət Məcəllələrinin tələbləri bu standartlara cavab verirmi? Bununla yanaşı, seçki prosesinin gedişini tənzimləyən həm də normativ xarakterli aktlar haqqında konstitusiya qanununun tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş təlimatlar, qaydalar və izahlar seçki prosedurlarını nə dərəcədə beynəlxalq standartların tələblərinə uyğun həyata keçirməyə imkan verib-vermədiyini əhatə edir.

Amerikanın Səsi: Mövcud qanunvericilik və seçki institutları siyasi partiyaların və vətəndaşların seçkilərdə azad iştirakına imkan verirmi?

Tərəflərin firkirlərinin yayımlanmasına imkan verəcək efir məkanı tanınmalıdır. Siyasi debatlar təşkil olunmalıdır ki, insanlar seçim imkanında rahat olsunlar

Akif Qurbanov: Qanunvericilik siyasi partiyalar və seçicilər üçün beynəlxalq standartların tələb etdiyi çərçivəyə o qədər də geniş imkanlar yaratmır. Məhdudlaşdırıcı amillər çoxdur. Amma, buna baxmayaraq “pis qanunla da yaxşı seçki keçirmək mümkündür”, - deyiminə söykənsək, ortalıqda seçkilərin demokratik keçirilməsi ilə bağlı siyasi iradə olsa,bütün keçid ölkələrinin təcrübəsi də göstərib ki, demokratik seçki keçirmək mümkündür. Bunun üçün gərək seçkiöncəsi mühit tərəflərin bərabər şəraitdə prosesdə iştirakına imkan versin. ATƏT-in son hesabatında da göstərilən əsas tələblərdən biri ondan ibarətdir ki, misal olaraq, seçicilər alternativ tərəflər barədə bərabər və geniş məlumatlar əldə etmək imkanına sahib olmalıdır. “Seçki Məsəlləsi” və seçkiqabağı təşviqatın tələbi buna məhdudiyyət yaratmamalıdır. Bunun üçün də KİV-lərdə həm “KİV haqqında” qanunun, həm seçkilərə dair beynəlxalq standartların tələblərinə görə, bütün tərəflərin firkirlərinin yayımlanmasına imkan verəcək efir məkanı tanınmalıdır. Siyasi debatlar təşkil olunmalıdır ki, insanlar seçim imkanında rahat olsunlar. Əgər, bu təmin edilməyəcəksə, təbii ki, seçki prosesinin azad və ədaələtili keçirilməsinə ciddi əngəllər yaratmış olacaq.

Amerikanın Səsi: Ölkədə medianın durumunu və toplaşmaq azadlığının təmin edilməsi sahəsində vəziyyəti necə qiymətləndirərdiniz? Seçkilərdə iştirak edən şəxslər və tərəflər azad şəkildə toplaşa biləcəklərmi və ya mediada debatlar təşkil etmək mümkün olacaqmı?

Bu günə qədər də siyasi partiyalara proqramlarını, fikirlərini ifadə etmək üçün geniş imkanlar yaradılmayıb.

Akif Qurbanov: KİV-lər demək olar ki, hakim siyasi elitanın birbaşa və dolayı vasitələrlə təsiri altındadır. Qanunvericiliyin tələbinə görə, dövlət büdcəsindən maliyyələşən ictimai televiziya və radio insanların bərabər imkanlarını tanımalıdır. Bu onun hüquqən borcudur. Eyni zamanda, “KİV haqqında” qanunun tələblərinə görə, özəl televiziyalar da bütün tərəflərə bərabər imkanlar yaratmalıdır. Ancaq, reallıqda bu icra olunmur. Nəinki seçkiöncəsi dövrdə, hətta seçki prosesində bu bərabərlik, tərəflərə geniş imkanların yaradılması demək olar ki, qeyri mümkündür. Biz bu günki durumda vəziyyətin qiymətləndirilməsini ötən seçkidəki təcrübəyə əsaslanaraq ifadə edə bilərik. Həm də seçki prosesi artıq başlanmaq ərəfəsindədir. Bu günə qədər də siyasi partiyalara proqramlarını, fikirlərini ifadə etmək üçün geniş imkanlar yaradılmayıb. Bu imkanlar çərçivəsində təbii ki, bərabət şəkildə azad medianın təşkil olunduğu və siyasi partiyalara bərabər imkanlar yaradıldığı haqqında firkir söyləmək absurd olardı. ATƏT-in də son hesabatında göstərildiyi kimi, əsas beynəlxalq tələb ondan ibarətdir ki, ifadə, mətbuat, toplaşmaq azadlıqları haqqında qanunlar beynəlxalq standartlara cavab verməlidir və bu tələblər istiqamətində dəyişikliklər həyata keçirilməlidir. Çox təəssüflər olsun ki, bu tələblər istiqamətində hər hansı bir irəliləyiş və belə bir iradənin nümayiş etdirilməsi haqqında hər hansı bir mesaj yoxdur. Bu çərçivədə seçkiöncəsi mühitin qiymətləndirilməsi xoş məram yaratmır.

Amerikanın Səsi: Seçkilərə 3 aydan bir qədər çox vaxt qalıb. Bu müddətdə ölkədə azad, demokratik, şəffaf seçkilərin keçirilməsi üçün mühit yaradıla bilərmi?

Real gerçək siyasi dialoq təşkil olunmalıdır və seçkinin demokratik, şəffaf keçirilməsinin nümayişinin əyani sübutu üçün hakimiyyət tərəflərə bərabər imkan yaratmalıdır.

Akif Qurbanov: Gec deyil. Seçki prosesinin startının avqustun sonunda, sentyabrın ilk günləridnə verilməsi gözlənilir. Bizim azından bir ay müddətimiz var. Bu bir ay müddət çərçivəsində həm hakim siyasi partiya tərəfindən, eyni zamanda müvafiq olaraq dövləti idarə edən strukturlar tərəfindən bu imkanlar tanınmalıdır. Real gerçək siyasi dialoq təşkil olunmalıdır və seçkinin demokratik, şəffaf keçirilməsinin nümayişinin əyani sübutu üçün hakimiyyət tərəflərə bərabər imkan yaratmalıdır. Təəssüflər olsun ki, bu imkan yoxdur. ATƏT-in qiymətləndirici missiyası üçün artıq rəsmi dəvət göndərilib. Amma, təəəssüflər olsun ki, ötən seçki ilə müqayisədə hələ bu missiyanın fəaliyyətə başlaması da hakimiyyət tərəfindən bilərəkdən gecikdirildi. Çünki, dəvət dövlət tərəfindən həyata keçirilməlidir. Amma, bütün bunlara baxmayaraq hələ imkanlar tükənmiş deyil. Bizə yaxın bir ay ərzində bu imkanların həyata keçirilməsi üçün real gerçək addımlar atılması göstərilməlidir. Bu addımlar olacaqsa, biz bu seçkiöncəsi mühitin standartlara yaxınlaşması istiqamətində pozitiv rəy vermək imkanına sahib ola bilərik.

XS
SM
MD
LG