Accessibility links

Münhen şəhərində bir evdən 1 milyard dollarlıq sənət əsəri aşkar edilib [Video]


Almaniyada bir evdən 1 milyard dollarlıq sənət əsərləri tapılıb
please wait

No media source currently available

0:00 0:02:29 0:00
Almaniya mediasının bildirdiyinə görə, 2011-ci ildə Münhen şəhərindəki bir evdən 1500-ə qədər rəsm əsəri tapılıb. Müsadirə edilən əsərlər arasında Pikasso, Matiss və Şaqal kimi rəssamların əl işləri olduğu deyilir. Həmin rəsm əsərlərinin nasistlər tərəfindən ələ keçirildiyi və 70 ildir yoxa çıxdığı guman edilir.

​Almaniyanın Focus jurnalında dərc edilən məqalədə Kornelius Qurlit adlı şəxsin Münhendəki evindən müsadirə edilən rəsm əsərləri ona atası Hildebrand Qurlittdən miras qalıb. Hildebrand Qurlit isə nasistlərin xaricdən gətirilən sənət əsərlərinin satılması üçün yaratdığı muzeyin direktoru olub və o, bəzi sənət əsərlərini özü üçün saxlayıb.

Almaniya hökumətinin nümayəndəsi bu həftə jurnalistlərə deyib ki, Bavariya dövlət ittihamçıları nasistlərin qarət etdikləri sənət əsərləri üzrə ekspertlər arayır. Lakin o, jurnalda dəcr edilən məlumatı nə təsdiq, nə də inkar edib. “Bizim bu işdən aylardır ki, xəbərimiz var. Ona görə də biz ekspertlər tapmaq üçün bu məlumatı açıqlayırıq” - deyə, o bildirib.

Ekspertlərin dediyinə görə, Faşist Almaniyası yəhudilərdən 20 minə qədər sənət əsəri müsadirə edib. Onlardan çoxu itib, tapılanlar isə keçmiş sahiblərinin ailələri tərəfindən geri tələb edilib.

Ryudiger Mahlo Almaniyadakı Yəhudi Əmlakına İddialar Komitəsinin nümayəndəsidir.
“Qurlit məsələsi nasistlərin hakimiyyəti zamanı muzey və şəxsi kolleksiyalardan yəhudilərə məxsus sənət əsərlərinin oğurlanmasının təşkilini və incəsənət ticarətində şəffaflığın olmadığını göstərir. Belə ki, Qurlitin satdığı əl işləri barədə heç bir araşdırma yoxdur və 2011-ci ildə aşkar olunan fakt indi üzə çıxır.”


Focus jurnalı bu məsələnin 2010-cu ildə, İsveçrə ilə Münhen arasında sərhədçilərin qatarda adi gömrük yoxlanışı apardıqları zaman açıldığını yazır. Həmin vaxt gömrükçülər 80 yaşlı Qurlitin üzərindən İsveçrə qalereyasında satdığı əsərdən əldə etdiyi 12 min avro aşkar etmişdilər.


Qurlitin evindən aşkar edilən əsərlərin 1 milyard dollardan çox dəyəri olduğu təxmin edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG