Accessibility links

ABŞ rəsmilərinin bildirdiyinə görə, kiçik hərbi heyət müxalif qüvvələrə məsləhət və yardım, habelə İslam Dövlətinin məğlub edilməsi məqsədi ilə Suriyaya göndərilir.

Obama administrasiyasının yüksək səlahiyyətli rəsmisi bildirib ki, 50 nəfərlik heyət prezidentin sərəncamı ilə Suriyanın şimal regionuna yerləşdiriləcək.

Hərbi kontingent yerli piyada qüvvələri ilə koordinasiyalı şəkildə koalisiya səylərinə qatılacaq.

Beləliklə ABŞ ilk dəfə olaraq Suriyaya quru qüvvə göndərmiş olacaq.

Ağ Evə toplaşan müxbirlərə bildirilib ki, Barak Obama İraq liderləri ilə xüsusi təyinatlı qüvvələrin oraya göndərilməsinə dair razılıq əldə edib. Bunun da məqsədi İŞİD liderləri və şəbəkəsinin məhvidir.

ABŞ dövlət başçısı əlavə A-10 və F-15 qırıcı təyyarələrin NATO-nun Türkiyənin İncirlik hava bazasına yerləşdirilməsinə də sərəncam verib.

Obama administratsiyasının yüksək səlahiyyətli rəsmisi bildirib ki, Ağ Ev İŞİD-ə qarşı kampaniyasını intensivləşdirir.

XS
SM
MD
LG