Accessibility links

ABŞ prezidenti Barak Obama Demokratlar Partiyasının nominasiyasını qəbul etdikdən bir gün sonra üçgünlük kampaniyaya çıxıb.

Cənab Obama və onun Respublikaçı opponenti Mitt Romni 6 noyabr seçkilərində həlledici rol oynayan Ayova və Nyu Hempşir ştatlarında seçicilərlə görüşürlər.

Nyu Hempşirdəki seçki törənində prezident Obama qurultay nitqində toxunduğu arqumentləri səsləndirib. O, Amerika üçün qarşıda "iki cığırın" olduğunu bildirib.

Ayovada çıxış edən Mitt Romni bildirib ki, prezident Obamanın son 3-4 ildəki göstəriciləri onun iş yaratmaq və iqtisadiyyat haqda bilgiyə malik olması haqda əminlik yaratmır.

Mitt Romni dediklərinə nümunə olaraq 8 faiz işsizliyi qeyd edib.
XS
SM
MD
LG