Accessibility links

2012-ci ilin altı ayında “quş qripi”müəyyən edilməyib

2012-ci ilin altı ayında Azərbaycanda “quş qripi”müəyyən edilməyib. Hazırda respublikada “quş qripi”nə görə epizodik durum sabitdir və bu durum daimi nəzarət altında saxlanılır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin məlumatında deyilir ki, “quş qripi”nin qarşısının alınması ilə əlaqədar cari ilin əvvəlindən ev və çöl quşları arasında 2 dəfə monitorinq keçirilib, 3954 baş ev və çöl quşlarının qan nümunələri, 48 baş ev və çöl quşlarının patmaterialı “quş qripi”nə görə müayinə edilib. Laborator müayinələrin nəticələrinə görə, “quş qripi” aşkar edilməyib. “Quş qripi”nə görə monitorinqlər Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonunun Sarvan ov təsərrüfatında, Şirvan Milli Parkında, Ağ göl ərazisində və Qızılağac dövlət təbiət qoruğunda, habelə respublikanın rayonlarının əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılır.
XS
SM
MD
LG