Accessibility links

Azərbaycanda quş qripi ilə bağlı monitorinq başlanıb


Avstraliyada quş qripinin qarşısının alınması məqsədi ilə tədbirlər görülür

Avstraliyada quş qripinin qarşısının alınması məqsədi ilə tədbirlər görülür

Ölkədə quş qripi xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir

Azərbaycandan köçəri quşların keçməsi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) aprelin 7-də ölkə ərazisində quş qripi ilə bağlı monitorinqlərə başlayıb.

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin məlumatına görə monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli qoruq və parklarda, həmçinin digər dənizsahili ərazilərdə aparılacaq. Bundan əlavə, quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək. Nəticələr aprelin 18-də açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmalıdır.

Xidmət xatırladır ki, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadə edilməsi qəti qadağandır.

Mətbuat xidməti bildirir ki, hazırda quş qripi xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.
XS
SM
MD
LG