Accessibility links

Suriya qoşunları və onların Hizbulladan olan müttəfiqləri Üsyançılarla bu gün aparılan döyüşlər nəticəsində strateji sərhəd şəhəri Quseyri ələ keçirməyə çalışır.

Suriya İnsan Haqları Müşahidə qrupu bildirib ki, döyüşlər Quseyrin daxilində və ətraf kəndlərində gedir.

BMT baş katibi Ban Ki mun xəbərdarlıq edib ki, Quseyrdə mülki vətəndaşlara qarşı həyata keçirilən zorakılıqlara görə bütün tərəflər məsuliyyət daşıyacaq.

Suriya qoşunları və Hizublla döyüşçüləri ağır döyüşlərin getdiyi Quseyrin ələ keçirilməsinə çox yaxınlaşıb. Bu şəhər həm Suriya prezidenti Bəşar Əl-Əsədi, həm də müxalifəti dəstəkləyən qüvvələri üçün mühüm əhəmiyyətli təchizat yoludur.

Digər bir xəbərə görə isə Suriya münaqişəsi yenidən ölkə sərhədlərindən kənara çıxaraq Livana sıçrayıb. Belə ki, dünən ölkənin şərq bölgələrinə raketlər atılıb. Təhlükəsizlik qüvvələri deyir ki, Livanın şərqi Bekaa bölgəsinə Suriyadan ən azı 6 raket atılsa, da heç bir tələfata səbəb olmayıb.

Bekaa Livanın yaraqlı qrupu olan Hizbullanın istehkamı hesab edilir.
XS
SM
MD
LG