Accessibility links

Meksikalı federal hakim deyib ki, narko-baron Coaquin El Çapo Quzman narkotik qaçaqmalçılığı ittihamları ilə üzləşmək üçün Meksikada qalmalıdır.

O, 13 il gizləndikdən sonra şənbə günü Sakit Okean sahilindəki Mazatlan şəhərində ələ keçirilib.

Meksika rəsmiləri tam açıq şəkildə bəyan edib ki, Quzmanın ABŞ-a ekstradisiyasını nəzərdən keçirməzdən əvvəl o, Meksikada bütün ittihamlarla üzləşməli və meksikalı təhqiqatçılar tərəfindən dindirilməlidir.

Quzman Şimali Amerikadan Avropa və Avstraliyaya qədər uzanan Sinaloa kartelinin başçısı qısmındə ABŞ yurisdiksiyasında azı yeddi cinayətində təqsirli bilinir.

Meksika polisi Quzmanı 2001-ci ildə həbs etmişdi. Lakin o, gücləndirilmiş nəzarət altında fəaliyyət göstərən həbsxanadan qaçmağa nail olmuşdu.

Forbes jurnalı onu dünyanın ən qüdrətli və ən zəngin insanları sırasına daxil edib.
XS
SM
MD
LG