Accessibility links

Diktatorla necə haqq-hesab çəkməli? [Video]


Qvatemalada sabiq hərbi diktatorunun məhkəməsində meydana çıxan hüquqi problemlər və prosesin uzanması inkişaf etməkdə olan ölkələrdə keçmişin diktatorları ilə haqq-hesab çəkilməsi prosesini gündəmə gətirib. Sabiq hərbi diktatorun məhkəməsinin təxirə salınmasına etiraz edənlər Qvatemala şəhərinin küçələrinə çıxaraq “Ədalət, Ədalət ” deyə qışqırıblar.

Əsasən yerli sakinlərdən ibarət etirazçılar 1980-ci illərdə Maya hindlilərinin qətliamına görə 86 yaşlı hərbi diktarorun cəzalandırılmasını tələb edir. Bu əməliyyatlar soçu silahlı dəstələrə qarşı ABŞ-ın dəstəklədiyi kampaniyanın tərkib hissəsi idi. Çoxu Qvatemala təhlükəsizlik qüvvələrinin qurbanları olmaqla, 200 min insanın qətlə yetirildiyi münaqişə 1996-cı ildə sona çatdı.

General Rios Mont 1982-ci ildə çevriliş yolu ilə hakimiyyəti ələ aldı və hakimiyyətdə olduğu 17 ay müharibənin ən qanlı dövrü oldu. Hose Migel Vivanko Human Rights Watch-da “Amerika” proqramına başçılıq edir. “Onun hakimiyyəti dövründə tətbiq olunan hərbi taktikalar mülki vətəndaşlarla döyüşçülər arasında fərq qoymurdu ki, bu da humanitar qanunun təməl prinsiplərinə ziddir.”

Rios Mont məhkəməyə mart ayında, solçu ysyançıları dəstəkləyənləri aradan götürmək siyasətinin bir hissəsi kimi Maya icmasına qarşı soyqırım ittihamı ilə çıxarılıb. Şahidlərin və prokurorların hesablamalarına görə, onun hakimiyyəti dönəmində 17 min nəfər qətlə yetirilmişdi. Amma prosedur xətaları üzündən Rios Mont-un məhkəmə işi tamamilə xətm olumaq təhlükəsi ilə üzləşir.

Generalın qətllərlə bağlı sərəncam vermədiyini deyən vəkillər bvelə bir addımı alqışlayır. Digərləri isə Qvatemala kimi ölkələrdə məhkəmə sisteminə edilən təzyiqlərin prokurorların insan haqlarının pozulmasını cinayət olaraq, qərar çıxarmasına mane olduğunu deyirlər.

Beynəlxalq qanunlar üzrə təhlilçi Pol Sils Amerikanın Səsinə Skype-la müsahibə verib. “Hal-hazırda nə ilə üzləşirik, hərbçilər belə deyir, "Bizim üçün ölkənin qanunu əsas deyil, qanun digərləri üçündür. Biz bəşəriyyətə qarşı soyqırım törətdiyimiz barədə ittihamı qəbul etmirik.”

Lakin ölkədə məhkəmə hakimiyyətinə təzyiqlərin olduğu bir mühitdə, ilk dəfədir ki, sabiq dövlət başçısı öz ölkəsinin vətəndaşlarına qarşı soyqırım ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Hose Migel Vivanko: “Böyük gücə malik, sabiq dövlət başçısı Rios Mont kimi insanın genosid ittihamı ilə məhkəmə qarşısına çıxarılması ölkədə önəmli dəyişikliklərin olduğuna işarədir.”

Birləşmiş Ştatların Dövlət Departamenti sabiq generala qarşı məhkəməni tarixi hadisə adlandıraraq, Qvatemalanı yerli və beynəlxalq hüquqi öhdəlikləri yerinə yetirməyə çağırıb.
XS
SM
MD
LG