Accessibility links

Qvatemalada komediyaçı prezident seçildi


Gvatemalada dünən keçirilən seçkilərdə heç bir siyasi təcrübəsi olmayan sabiq televiziya komediyaçısı qalib gələrək ölkənin növbəti prezidenti seçilib.

Ölkənin əvvəlki liderinin korrupsiya qalmaqalına görə hakimiyyəti tərk etməsindən və seçicilərin siyasi establişmentə qarşı qəzəbinin yaranmasından sonra Cimmi Morales seçkilərdə asanlıqla qələbə qazanıb.

Mühafizəkar Morales mübarizəyə aprel ayında 0.5 faizlik dəstəklə başlamışdı

Outsayder statusu ilə işləyərək təmiz hökumət vədi verən Moralesin göstəriciləri prezident Otto Perezin multimilyon dollarlıq qalmaqala görə istintaqa cəlb olunmasından və prezidentlikdən istefa verməsindən sonra yüksəlməyə başlamışdı. Xatırladaq ki, sabiq prezident hazırda həbsdədir və korrupsiya ittihamları ilə məhkəmə qarşısına çıxmağa hazırlaşırş

Seçicilərin 94 faizinin iştirak etdiyinin bildirildiyi səsvermədə Morales səslərin 69, sabiq birinci xanım Sandra Torres isə 31 faizini qazanıb. Xanım Torres də korrupsiya ilə mübarizə vədləri versə də, o, köhnə siyasi düzənin bir hissəsi kimi yadda qalıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG