Accessibility links

Aktrisa Qvinet Paltrovla müğənni Kris Martin 11 il evlilikdən sonra boşanmağa qərar veriblər.

Cütlük Qvinetin `Goop` veb səhifəsində birgə bəyanat yayıb, “Hər ikimizin ürəyində böyük kədər hissi ilə biz ayrılmağa qərar verdik. Biz bəzən birgə bəzən isə ayrılıqda bir ildən çoxdur ki, münasibətlərimizin üzərində işləyirdik. Biz biri-birimizi həddindən artıq çox sevməyimizə baxmayaraq, ayrılmaq qənaətinə gəldik.”
Qvinet Londonda yaşamağı sevir, amma Amerika daim onun vətəni olacaq və o, ailəsinə yaxın olmaq istəyir.
Cütlük əlavə olaraq bunu yazıb – “Buna baxmayaraq biz daim bir ailə olacağıq və əslində indi biz bir çox məsələlərdə əvvəlkindən daha yaxınıq.”

Los Anceles şəhərinin Qvineti məşhur etdiyini yazan mənbə “Qvinet Londonda yaşamağı sevir, amma Amerika daim onun vətəni olacaq və o, ailəsinə yaxın olmaq istəyir,” deyə vurğulayıb.

Ötən ay Radaronline-a müsahibəsində Kris Los Ancelesdə yaşamaq istəmədiyini və Hollivud səhnəsini xoşlamadığını deyib. Kris əlavə edərək bildirib ki, musiqi qrupundan ayrıldıqdan sonra o, karyerasını davam etdirməyəcək.
XS
SM
MD
LG