Accessibility links

Qırğızıstanın siyasi partiyaları hökuməti bazar gününə təyin edilmiş referendumu təxirə salmağa çağırır


Roza Otunbayevanın rəhbərlik etdiyi ölkənin müvəqqəti hökuməti referendumun islahatların keçirilməsinə, parlament və prezident seçkilərində maneələrin aradan qalxmasına və hökumətə qanuni addımlar atmağa daha çox imkan verəcəyini deyirlər.

Minlərlə etnik özbək qaçqının Qırğızistana qayıtmağa başladığı bir zamanda, Qırğızıstanda zorakılıqların azalmasına baxmayaraq, siyasi partiyalar ölkə liderlərini konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendumu təxirə salmağa çağırırlar. Lakin Roza Otunbayevin rəhbərlik etdiyi ölkənin müvəqqəti hökuməti referendumun keçirilməsində israr edir. Rəsmilər bunun islahatlar keçirilməsinə, parlament və prezident seçkilərində maneələrin aradan qalxmasına və hökumətə qanuni addımlar atmağa daha çox imkan verəcəyini deyirlər.

Bu arada qaçqınlar üçün Özbəkistan və Qırğızistana beynəlxalq yardımların göndərilməsi davam edir.

Lakin Qırğızıstandan journalist Əlişir Həmidov səsvermənin əks təsirlərinin ola biləcəyini deyir: “Mən düşünürəm ki, müvəqqəti hökumətin yerlərli hakimiyyətlər üzərindəki nəzarətindən istifadə edərək seçki qutularını öz xeyirlərinə blütenlərlə doldurub, seçkiləri saxdaşadıra biləcəkləri ilə bağlı narahatlıqlar mövcuddur.” O, seçkilərdə iştirak edə biləcək 80 min seçicinin didərgin düşməsi səbəbindən seçkilərin qanuni olmayacağını deyir. Bu arada isə Qırğızıstanın təhlükəsizlik qüvvələri etnik zəmində zorakılıqların baş verdiyi Oş şəhərinin özbək məhəllələrində nəzarəti əllərində saxlamaqda davam edirlər.



XS
SM
MD
LG