Accessibility links

Qızıla təlabat artır


Bəzi investorlar inanırlar ki, Çinin qızıl bazarına girişi qızılın qramını 1300 dollardan yuxarı qaldıra bilər

Zəifləmiş ABŞ dolları və dərinləşməkdə olan böhranın investorları hürkütdüyü bir anda, qızıla təlabatın artması gözlənilir. Dörd həftə ardıcıl qalxım qızılın yüksək qiymətinə təsir etməyib. Qramın qiymətinin davamlı olaraq 1200-1236 dollar olaraq dəyişməz qalmasına baxmayaraq investorların ödəməyə hazır olduqları məbləğ qalxır. Markus Qrab Dünya Qızıl Şurasının direktorudur. Markus Qrab: "Biz inanırıq ki, qızılın qiymət minimumu durmadan artır."

Qiymətli metala təlabatın artmasına səbəblərdən biri adətən Hindistanda festival fəsilinin başlaması olur. Hindistan dünyada ən çox qızıl istehlak edən ölkələr sırasındadır. Lakin təlabat dünyanın başqa hissələrində də artmaqdadır. Markus Qrab qeyd edir ki, alıcılıq daha çox qızılın qiyməti tez-tez dəyişəndə canlanır. Markus Qrub: "Biz indi görürük ki, əgər qızılın qiyməti 1200-dən 50- 100 aşağı düşsə, onda siz fəal fiziki alış müşahidə edəcəksiniz."

Dünya Qızıl Şurası qızıla təlabatın bu ilin sonuna qədər yüksək qalacağını gözləyir. Bunun bir səbəbi Çində qızıla təlabatın artmasıdır. Pekin bu yaxınlarda vətəndaşlarının qızıl ala bilməsi üçün məhdudiyyət yaradan qanunları yüngülləşdirib. O eyni zamanda nağd pul ticarətini daha çox artırmaq üçün yerli banklara qızıl alıb satmağa icazə verir. Bəzi investorlar inanırlar ki, Çinin qızıl bazarına girişi qızılın qramının qiymətini 1300 dollardan yuxarı qaldıra bilər.

Lakin heç də hər kəs qızılda maraqlı deyil. Tənqidçilərin xəbərdarlıqlarına baxmayaraq, inflyasiyadan narahat olan insanlar və artmaqda olan borcun təsirindən narahat olan dünyanın ən böyük təsərrüfatları üçün qızıl cazibədar mal olaraq qalmaqdadır. Qızılın öz dəyərini məhz baha saxlaya bildiyinə görə mərkəzi bank və maliyyə rəsmiləri dünyada qızıl saxlayanların ən nəhəngləridir.

XS
SM
MD
LG