Accessibility links

Gənc, azyaşlı qızların fahişəliyə cəlb edilməsinin bir çox səbəbləri var. 3 yaşında təcavüzə, 13 yaşında zorlamaya məruz qalan və 17 yaşında ikən artıq fahişəyə çevrilən Reyçel Lloyd ailə faktorunun yeganə səbəb olmadığını deyir. “Ailə üzvləri çox vaxt uşaqları üçün əllərindən gələni edir. Lakin ailə xaricində təcavüzkar qüvvələr mövcuddur. Uşaqların evdən qaçması, küçələrdə qalması onların qurbanlara çevrilməsini asanlaşdırır .

1998-ci ildə Lloyd həyatını alt-üst edən problemlə mübarizəyə qoşulub. Qızların Təhsil və Qəyyimluq Mərkəzini açan Reyçel iki ofisə və 25 tamştatlı işçiyə malikdir. 2008-ci ildə onun fəaliyyətinə dair sənədli film çəkilmişdi.“İşimizin məqsədi gənc qız və qadınlara birbaşa xidmət göstərməkdir. Biz risk altında olan bütün yerlərə, küçələrə, müvəqqəti saxlanma məntəqlərinə, qrup evlərə və digər yerlərə müraciət edirik” .

Bu mərkəz qızları yalnız isti yemək və sığınacaqla təmin etmir. Onlara maarifləndirmə və tədris kurslərı da verilir. Yeniyetmələr arasında fahişəlik probleminə diqqətləri cəlb etməklə Reyçel problemin həll ediləcəyinə ümid bəsləyir. “Əgər ailə, ictimaiyyət və iş yerində fahişə kimi tanınırsınızsa, bu sizi həmişə utandırır. Bunun üçün dönüş nöqtəsi tapılmalı, vəziyyətdən çıxılmalıdır .

Qızların Təhsil və Qəyyumluq Mərkəzi yerli məktəblər və kilsələrdə konfranslar təşkil edir, öz təcrübəsi ilə bölüşür. Reyçel başına gələnlər haqda memuar yazıb. Qurum bundan əlavə 2008-ci ildə Nyu-York qanunvericiliyinə böyük təsir göstərib.“Biz ölkədə ilk qanunun tətbiqinə nail olmuşuq. Istismara məruz qalan gənclərin müdafiəsi aktı 16 yaşınadək qızların fahişəlikdən müdafiəsi mahiyyəti daşıyır .

Bu səylərinə görə Lloyd Reebok İnsan Hüquqları Mükafatı da daxil edilməklə, bir sıra mükafatlara layiq görülüb.

Bu mükafat ilk dəfə olaraq seksual istismarın insan hüquqları kateqoriyasına aid olduğunu sübut etdi”.

Reyçel Lloydun dediyinə görə, ona ən böyük mükafat qızları təhsil, iş və yeni həyatla təmin etmək imkanıdır.

XS
SM
MD
LG