Accessibility links

Qəzza zolağına gedən yardım Türkiyə hərbi gəmiləri tərəfindən müşayiət ediləcək

  • Amerikanın səsi

Qəzza zolağına gedən yardım Türkiyə hərbi gəmiləri tərəfindən müşayiət ediləcək

Qəzza zolağına gedən yardım Türkiyə hərbi gəmiləri tərəfindən müşayiət ediləcək

Türkiyə bildirib ki, Qəzza zolağına humanitar yardım daşıyan hər bir gəmi İsrailin təcavüzündən qorunmaq üçün hərbi gəmilər tərəfindən müşayət ediləcək.

Baş Nazir Rəcəb Tayyib Ərdoğan əl-Cazirə televiziyasına dünən bildirib ki, Türkiyə Qəzza zolağına yardım çatdırmağa cəhd etməyə davam edəcək, lakin ötən il baş vermiş insidentin təkrarlanmasına imkan verməyəcək.

Ötən il İsrailin Qəzza zolağına yardım daşıyan Mavi Marmara gəmisində reydi nəticəsində doqquz nəfər Türkiyə vətəndaşı qətlə yetirilib. Cənab Ərdoğan Türkiyə Aralıq dənizinin şərqində nəzarəti həyata keçirmək üçün addımlar atıb və İsrailin ərazidə təbii ehtiyatların birtərəfli şəkildə istismarını dayandıracağını bildirib.

XS
SM
MD
LG