Accessibility links

İsrailin Qəzza Zolağını blokadaya alması bölgədə “qara bazarın” inkişafına gətirib çıxarıb. Bəziləri bunun üçün Qəzza Zolağı ilə Misir arasında gizli tunellərdən istifadə edildiyini deyir.

Qəzza Zolağındakı iqtisadi gəlir mənbələrindən biri Misirlə Qəzza Zolağını birləşdirən 20 metr dərinlikdə, 200 metrlik qaçaqmalçılıq tunelidir. Bu tunel vasitəsilə əsasən sement, çınqıl və digər qaçaqmal materiallar daşınır. Tunellərin bəzilərində elektrik və komunikasiya sistemi, bəzilərində isə dəmiryol xətti var. Bəzi tunellər isə daha geniş olduğu üçün oradan maşınla da getmək olur. Belə tunellərdə iş şəraiti çox mürəkkəbdir və hər gün 12 saat işləyən şəxslər adlarının gizli qalmasını istəyir. Bəzən tunellərdə ölümcül qəzalar da baş verir.

Bölgədə yüzlərlə gizli tunel mövcuddur. Misir rəsmiləri buna göz yumur. Bir neçə kilometr məsafədə yerləşdirilən İsrailin təhlükəsizlik qüvvələri də demək olar ki, eyni hərəkəti edir. Digər tərəfdən də onlar bu tunellərin Fələstin yaraqlılarına silah və sursat daşınmasından ehtiyat edirlər.

İsrail bəzən Qəzza Zolağına malların qanuni olaraq, quru yollardan keçməsinə icazə verir. İsrail hökuməti Həmasın Qəzzada nəzarəti əlinə almasından sonra blokadanı qismən götürüb. Lakin İsrail Həması terrorçu qrup kimi tanıyır.

Malların çoxu hissəsi tunellər vasitəsilə keçirilir. Bu da artıq beş ildir blokadada olan Qəzzada tikililərin çoxalmasına səbəb olub. İqtisasdçılar Qəzzada iqtisadiyyatın keçən ilin sonundan bəri 30 faiz artdığını deyirlər. Lakin Qəzzadan təhlilçi Sami Əbdül-Şəfi rəqəmlərin yanlış olduğunu deyir. “Biz bu vəziyyətə sıfıra düşmüş iqtisadiyyatdan gəlib çıxmışıq. Sıfırın üstünə nə gəlirsə, bu, müsbət hesab olunmalıdır."

Həmas Misirlə ticarət əlaqələrini qanuniləşdirmək üçün Rafahda keçid məntəqəsinin açılmasını istəyir. Qahirə isə İsrailin Qəzzadakı vəziyyətə görə məsuliyyət daşıdığını deyərək, ancaq mühüm keçidləri açıq saxlayacağını deyir.

Həmas sözçüsü İsmayıl Radvan Həmasla Misir arasında münasibətlərin ölkədə baş verən inqilabın İslamçı partiyaları parlamentə gətirməsindən sonra düzəldiyini və Misirin qəzalılara yardım edəcəyinə ümid etdiyini deyir.

Hal-hazırda isə Qəzza Zolağında elektrikə və yanacağa olan ehtiyac bölgədə iqtisadi aktivliyin ləngiməsinə səbəb olur. Lakin tunellər olmasaydı vəziyyət daha pis olardı.

XS
SM
MD
LG