Accessibility links

Müəmmər Qəzzafi audio mesaj yayıb


Müəmmər Qəzzafi audio mesaj yayıb
Müəmmər Qəzzafi audio mesaj yayıb

Liviya lideri Müəmmər Qəzzafi paytaxt Tripoli sakinlərini üsyançıları şəhərdən çıxarmağa çağırıb. Qəzzafinin çağırışı üsyançıların onun istehkamını ələ keçirməsindən sonraya təsadüf edir.

Xalqa ünvanladığı audio mesajda Qəzzafi Tripolidən çıxdığını deyib, lakin bunun nə vaxt baş verdiyini söyləməyib.

“Bütün Tripoli qəbilələri, gənclər, ahıllar, qadınlar, kişilər və silahlı komitələr Tripoliyə hücum edərək satqınları və siçovulları məhv etməlidirlər,” deyə o, bildirib.

Hökumətpərəst telekanal Qəzzafiyə istinad edərək onun taktiki gediş olaraq NATO zərbələrinin ardınca Bab əl-Əziziyə qərargahını tərk etdiyini xəbər verib.

Tripoli sakinləri Bab əl-Əziziyənin tutulmasını bayram ediblər, hərçənd ki, devrilmiş lideri tapmaq mümkün olmayıb.

XS
SM
MD
LG