Accessibility links

Qəzzafi dünya qüdrətlərinə məktub ünvanlayıb


Qəzzafi dünya qüdrətlərinə məktub ünvanlayıb

Qəzzafi dünya qüdrətlərinə məktub ünvanlayıb

Liviya lideri Müəmmər Qəzzafi dünya liderlərinə, o cümlədən ABŞ prezidenti Barak Obama və BMT baş katibi Ban Ki Muna məktub göndərib. Məktubda Qəzzafi prezident Obamadan “ABŞ-ın bir şəhərinin xarici qrup tərəfindən tutulduğu təqdirdə” necə hərəkət edəcəyini sual edir.

Məktubun mətnini paytaxt Tripolidə müxbirlrlə bölüşən hökumət sözüçsü müxalifətçilərin istehkamı Benqazidə qərar tutan döyüşçülərin Əl-Qaida üzvləri olduğunu deyib. Qəzzafi cənab Bana bildirib ki, Liviyaya qarşı hər hansı bir hərbi addım “açıq təcavüz” olacaq və BMT-nin Liviyada qeyri-uşuş zonası tətbiq edən qətnaməsi qeyri-qanunidir.

Sözçünün məktubu paylaşmasından bir qədər öncə Benqazi səmalarında qırıcı təyyarə vurulub. Şəhərdə partlayış səsləri eşidilmiş, müxtəlif yerlərdən səmaya tüstü qalxmışdır. Dünən Qəzzafi atəşkəs elan edərək üsyançılarla dialoqa hazır olduğunu bildirmişdi.

Bü gün Parisdə dünya qüdrətləri – ABŞ, BMT, Ərəb Liqası və Avropa İttifaqı nümayəndələri bir araya gələrək Liviyadakı böhranla bağlı ölçüləri müzakirə edəcəklər.

XS
SM
MD
LG