Accessibility links

Qəzzafi loyalistləri şəhərləri bombalayır


Qəzzafi loyalistləri şəhərləri bombalayır
Qəzzafi loyalistləri şəhərləri bombalayır

Liviya lideri Müəmmər Qəzzafiyə sadiq qüvvələr müxalifətə rəğbət hissinin böyük olduğu qərb regionlarının bombalanmasını intensivləşdiriblər.

Şənbə günü hökumət qüvvələri Misratada neft çənlərini hədəf alaraq şəhərin yeganə yanacaq mənbəyini yandırıblar. Yanğınsöndürənlərin yanğını dayandırmaq cəhdləri fayda verməyib.

Misrata Liviyanın qərbində üsyançıların nəzarətində olan sonuncu şəhərdir. Liman şəhəri iki aydan artıqdır ki, hökumət qüvvələri tərəfindən mühasirədə saxlanılır.

Cümə günü Liviya hökuməti üsyançılara və mülki vətəndaşlara yardım məqsədi ilə milyonlarla dollar yardım edilməsi haqda beynəlxalq planı kəskin tənqid edib.

XS
SM
MD
LG