Accessibility links

Qəzzafi tərəfdarları Misrata şəhərinə raket atıblar


Qəzzafi tərəfdarları Misrata şəhərinə raket atıblar
Qəzzafi tərəfdarları Misrata şəhərinə raket atıblar

Liviyanın mühasirəyə alınmış Misrata şəhərində ağır döyüşlər davam edir. Bu arada BMT komissiyası hökumətin müxalifətə basqılar zamanı yol verdiyi hüquq pozuntularını və zorakılıqları araşdırmağa başlayıb.

Gecədən bəri Liviya lideri Müəmmər Qəzzafiyə sadiq qüvvələrlə üsyançılar arasında bir neçə yerdə toqquşmalar baş verib.

Müxalifət mənbələri xəbər verirlər ki, cənab Qəzzafinin qüvvələri Misrata , qərbdəki Zintan şəhərlərinə raket atıblar. Bu hücum NATO-nun Misrata yaxınlığında hökumət qüvvələrinə hava zərbələri endirməsindən sonra baş verib.

Dəniz limanı döyüşlərin viran qoyduğu şəhərə beynəlxalq yardım çatdırmaq üçün yeganə vasitədir.

XS
SM
MD
LG