Accessibility links

Qəzzafinin oğlu Nigerə keçərkən saxlanılıb

  • Amerikanın səsi

Anti-Qəzzafi qüvvələr loyalistlərin istehkamı olan Sirte yaxınlığında

Anti-Qəzzafi qüvvələr loyalistlərin istehkamı olan Sirte yaxınlığında

Niger hökuməti deyir ki, ordu patrulu devrilmiş Liviya lideri Müəmmər Qəzzafinin oğlu Saadini bə başqa doqquz sabiq rəsmini aparan maşın konvoyunu saxlayıb. Onlar səhra yolu ilə sərhədi keçərkən tutulublar.

Ədliyyə naziri Maru Amadu deyib ki, maşınlar şimal şəhəri olan Aqadezə doğru irəliləyirdilər. Son günlərdə çox sayda loyalist, o cümlədən üç general və Qəzzafinin təhlükəsizlik xidmətinin rəhbəri Nigerin bu mənqətəsinə qaçıb.

İndiyədək Nigerə daxil olmağa çalışan sabiq Liviya hökumətinin ən yüksək rütbəli rəsmisi olan Saadi üsyançılar paytaxt Tripolini ələ keçirməzdən öncə toqquşmalara son qoyulması üçün danışıqlar təklif etmişdi.

XS
SM
MD
LG