Accessibility links

Qəzzafiyə sadiq qüvvələr Breqa şəhərinin nəzarətini ələ keçirib

  • Amerikanın səsi

Qəzzafiyə sadiq qüvvələr Breqa şəhərinin nəzarətini ələ keçirib

Qəzzafiyə sadiq qüvvələr Breqa şəhərinin nəzarətini ələ keçirib

Liviyanın dövlət televiziyasının bildirdiyinə görə, Qəzzafiyə sadiq qüvvələr Breqa şəhərinin nəzarətini ələ keçirib. Ordu rəsmilərinə istinadən bildirilib ki, Breqa silahlı qruplaşmalardan təmizlənib. Bundan əvvəl televiziya ilə yanlış məlumatlar yayılırdı. Lakin Fransa xəbər agentliyi onlarla rəqib döyüşçünün şəhərdən çıxırldığını bildirib. Dünən Misurata şəhəri hökumət qüvvələri tərəfindən hava hücumuna məruz qalıb. Rəqib döyüşçülərin nəzarəti altında olan Mistara və Ras Lanuf şəhərlərinə də hücum edilib. Dünən xarici jurnalistlərə Ras Lanuf şəhərində tur keçirməyə icazə verilmişdi. Liviyada Müəmmər Qəzzafinin 42 illik hakimiyyətinə etirazlar fevral ayında baş qaldırıb.

XS
SM
MD
LG