Accessibility links

Qəzzafiyə sadiq qüvvələr üsyançıları atəşə tutublar


Qəzzafiyə sadiq qüvvələr üsyançıları atəşə tutublar

Qəzzafiyə sadiq qüvvələr üsyançıları atəşə tutublar

Liviya lideri Müəmmər Qəzzafiyə sadiq qüvvələr ən azı üç şəhər uğrunda üsyançılarla vuruşurlar.

Son məlumatlara əsasən qərbi neft limanı olan Zaviyyada qızğın döyüşlər gedir.

Qəzzafiyə sadiq qüvvələr habelə Ziltan və Misratada üsyançı mövqelərini artilleriya atəşinə tutublar. Tibbi rəsmilər hücumlar nəticəsində 30-dan çox adamın öldüyünü bildirirlər.

Bu arada NATO təyyarələri paytaxt Tripolini bombalamaqda davam ediblər. Qəzzafi hələlik hakimiyyətdən gedəcəyinə dair heş bir açıqlama verməyib.

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan öz hökumətinin Qəzzafiyə hakimiyyəti tərk etdiyi təqdirdə təminatlar təklif etdiyini deyir. Ö, bu təminatların detallarını açıqlamayıb. Cənab Ərdoğan hələlik Tripolidən cavab gözlədiyini bildirib.

XS
SM
MD
LG