Accessibility links

Fələstinlilərin rəqib Həmas və Fətah qrupları barışıq haqda yeni razılıq əldə edib.

Bu barədə birgə mətbuat konfransında məlumat verən rəsmiləri beş həftə ərzində birgə müvəqqəti hökumətin yaradılması, bundan altı ay sonra isə ümumi seçkilərin keçirilməsi haqda razılıq əldə edildiyini bildiriblər.

Rəqib tərəflər bundan əvvəl də belə razılaşmaların əldə edildiyini elan etmiş, lakin sonradan buna əməl etməmişlər.

Fələstin prezidenti Mahmud Abbasın başçılıq etdiyi dünyəvi Fətah qrupu İordan çayının Qərb sahilini idarə edir.

Həmas yaraqlı qrupu isə 2006-cı ildə parlament seçkilərində yerlərin əksəriyyətini əldə edərək, 2007-ci ildən Qəzza zolağına nəzarət edir.
XS
SM
MD
LG