Accessibility links

Azərbaycan-ABŞ arasında rabitə və İKT əlaqələri müzakirə edilib


Rabitə və İnformasiya Naziri Əli Abbasov
Rabitə və İnformasiya Naziri Əli Abbasov

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Amerikada çoxsaylı görüşlər keçirib

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov avqustun 3-dən 5-dək Nyu-Yorkda səfərdə olub.

Rabitə və İnformasiya Texnologiya Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları və Xarici İşlər nazirliklərinin birgə təşəbbüsü ilə BMT Baş Assambleyasında müzakirəyə çıxarılan və Avrasiya Rabitə Alyansının (ABA) yaradılmasını nəzərdə tutan qətnamə layihəsi yekdilliklə bütün BMT dövlətləri tərəfindən qəbul olunub.

Sentyabrın 4-də BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində keçirilən 98-ci plenar iclasında iştirak edən nazir Əli Abbasov geniş məruzə ilə çıxış edib.

BMT Baş katibinin İqtisadi və Sosial məsələlər üzrə müavini Vu Honqbo, BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klarkla keçirilən ikitərəfli görüşlərdə Azərbaycanın BMT layihələrindəki rolu və növbəti təşəbbüslər müzakirə olunub.

ABŞ Dövlət Departamentində Beynəlxalq Kommunikasiyalar və İnformasiya Siyasəti üzrə koordinatoru, səfir Daniel Sepulveda ilə görüşdə isə Azərbaycan-ABŞ münasibətlərində rabitə və İKT sahələrində əlaqələrin genişləndirilməsi müzakirə mövzusu olub.

Bundan başqa, nazir ABŞ-ın “ITT Exelis” qrupunun vitse-prezidenti, istefada olan general-mayor Merser və “Futron” şirkətinin prezidenti Şhakil Qureyşi ilə ikitərəfli işgüzar görüş keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG